Cümə günü, 06 noyabr 2026
     

İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

Image


Əyyub Kərimli: “Yeni İran–Türkiyə xəttini Zəngəzur dəhlizinin müəyyən mənada alternativi və potensial rəqibi hesab etmək mümkündür”

İran və Türkiyə Çeşme-Soraya sərhəd keçid məntəqəsi vasitəsilə iki ölkənin dəmir yolu şəbəkələrini birləşdirəcək yeni dəmir yolu xəttinin tikintisinə hazırlaşır. “Tasnim” xəbər verir ki, Xavəran-Təbriz-Mərənd-Çeşme-Soraya layihəsi üçün müqavilənin tezliklə imzalanması gözlənilir.

İran Dəmir Yollarının baş direktoru Cabbar Əli Zakeri lazımi təsdiqlərin artıq alındığını və ilkin tədqiqatların başa çatdığını açıqladı. O, əlavə etdi ki, müqavilə üçün hazırlıqlar son altı aydır davam edir.

Layihə EPC razılaşması çərçivəsində - layihələndirmə, avadanlıq təchizatı və tikinti - tək bir müqavilə çərçivəsində həyata keçiriləcək. Müqavilənin imzalanmasından sonra podratçı əlavə tədqiqatlar aparacaq və bundan sonra ilk altı ay ərzində bir neçə hissədə tikinti işlərinə başlanacaq.

Yeni dəmir yolu xəttinin uzunluğu təxminən 324 kilometr olacaq. İlkin layihələndirilən uzunluq 294 kilometr idi, lakin bütün dəhliz boyunca vahid texniki tələbləri təmin etmək üçün bu müddət artırıldı.

Zəkeri vurğuladı ki, layihənin əhəmiyyəti tək bir əyalət daxilində dəmir yolunun tikintisindən kənara çıxır. Yeni xətt İranın şimal-şərqdəki Sərəxsdən şimal-qərbdəki Çeşmə Sorayaya qədər uzanacaq şərq-qərb dəmir yolu dəhlizinin bir hissəsi olacaq.

İran Dəmir Yolları rəhbərinin sözlərinə görə, Çeşmə-Sorayanı milli dəmir yolu şəbəkəsinə birləşdirmək və sonradan yeni sərhəd keçidi vasitəsilə Türkiyənin dəmir yolu sisteminə qoşmaq İran hakimiyyətinin prioritetlərindən biridir.

Bu Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativdir?...

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli baki-xeber.com-a bildirdi ki, İran və Türkiyənin yeni dəmir yolu bağlantısı yaratmaq planı regionda formalaşan yeni nəqliyyat arxitekturası baxımından diqqətəlayiq hadisədir. “Söhbət İranın Xavəran–Təbriz–Mərənd–Çeşmə-Soraya xətti vasitəsilə Türkiyə dəmir yollarına yeni sərhəd keçidindən qoşulmasından gedir. İran Dəmir Yollarının açıqlamasına görə, layihənin ümumi uzunluğu təxminən 324 kilometr olacaq və xətt İranın Sərəxsdən ölkənin şimal-qərbinə uzanan Şərq-Qərb dəmir yolu dəhlizinin tərkib hissəsi kimi nəzərdə tutulur. Layihənin birinci mərhələsinin dəyərinin təxminən 1,8 milyard dollar olduğu bildirilir.

Bu layihəyə yalnız İranla Türkiyə arasında ikitərəfli nəqliyyat bağlantısı kimi baxmaq düzgün olmazdı. Əslində Tehran daha böyük geoiqtisadi məqsəd güdür: Mərkəzi Asiya və Çin istiqamətindən gələn yüklərin İran ərazisi üzərindən Türkiyəyə, oradan isə Avropaya daşınması üçün alternativ Şərq-Qərb dəhlizini gücləndirmək.

Bu baxımdan yeni İran–Türkiyə xəttini Zəngəzur dəhlizinin müəyyən mənada alternativi və potensial rəqibi hesab etmək mümkündür. Lakin burada mühüm bir fərq var: bu layihə Zəngəzur dəhlizini tam əvəz edə biləcək marşrut deyil. Söhbət daha çox Avrasiya tranzit yüklərinin cəlb edilməsi uğrunda müxtəlif marşrutların rəqabətindən gedir”.

Ə.Kərimli qeyd etdi ki, Zəngəzur dəhlizinin əsas üstünlüklərindən biri onun Mərkəzi Dəhlizin davamı kimi çıxış etməsidir. “Çin və Mərkəzi Asiyadan gələn yüklər Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan Zəngəzur–Naxçıvan–Türkiyə istiqamətində Avropa bazarlarına çıxa bilər. Türkiyə tərəfinin açıqlamalarına görə, Kars–İğdır–Aralık–Dilucu dəmir yolunun tikintisinə artıq başlanılıb və bu xətt Zəngəzur istiqamətində yüksək tutumlu və daha birbaşa bağlantının yaradılmasına xidmət edəcək.

Azərbaycan da Naxçıvan istiqamətində dəmir yolu infrastrukturunun qurulmasını davam etdirir. Naxçıvan dəmir yolunun əsas xəttinin 194 kilometr olması və yenidənqurmadan sonra illik 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olması nəzərdə tutulur.

İran marşrutunun isə öz üstünlükləri mövcuddur. İlk növbədə, bu xətt Xəzər dənizindən keçmədən Mərkəzi Asiya–İran–Türkiyə–Avropa istiqamətində kontinental dəmir yolu əlaqəsi yaratmağa imkan verir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun gələcəkdə istifadəyə verilməsi bu marşrutun əhəmiyyətini daha da artıra bilər. Artıq Çin, Mərkəzi Asiya dövlətləri və İran arasında Cənub dəhlizinin inkişaf etdirilməsi istiqamətində fəallıq müşahidə olunur”.

Ə.Kərimlinin fikrincə, məsələnin digər mühüm tərəfi geosiyasidir. O, qeyd etdi ki, Zəngəzur dəhlizinin və bütövlükdə Orta Dəhlizin sürətlə inkişaf etməsi İranın ənənəvi tranzit imkanlarının bir hissəsinin onun ərazisindən kənarda formalaşması deməkdir. “Buna görə Tehran öz ərazisindən keçən Şərq-Qərb marşrutunu gücləndirməklə regional tranzit xəritəsində mövqeyini qorumağa çalışır. Bu baxımdan Çeşmə-Soraya layihəsinin sürətləndirilməsini yalnız iqtisadi deyil, həm də İranın regional tranzit strategiyasının elementi kimi qiymətləndirmək olar.

Lakin dəhlizlərin rəqabətində yalnız coğrafi məsafə həlledici olmayacaq. Tranzit tarifləri, sərhəddən keçid müddəti, gömrük prosedurları, siyasi sabitlik, sanksiya riskləri, dəmir yollarının buraxılış qabiliyyəti və yükün mənzilbaşına çatdırılma müddəti hansı marşrutun daha cəlbedici olacağını müəyyən edəcək.

Azərbaycan üçün əsas vəzifə Zəngəzur dəhlizini ayrıca nəqliyyat layihəsi kimi deyil, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun vahid logistika sisteminin tərkib hissəsi kimi inkişaf etdirməkdir. Ələt limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Zəngəzur istiqaməti və Türkiyənin dəmir yolu şəbəkəsi vahid logistika zəncirinə çevrildikcə Azərbaycanın Şərq-Qərb tranzitində rəqabət üstünlüyü daha da güclənə bilər.

Nəticə etibarilə, İran–Türkiyə Çeşmə-Soraya dəmir yolunu Zəngəzur dəhlizinin geosiyasi əvəzedicisi deyil, Avrasiya tranzit yükləri uğrunda onun potensial logistik rəqibi adlandırmaq daha düzgün olardı. Regionda artıq bir dəhlizin digərini tam sıradan çıxarması deyil, Çin və Mərkəzi Asiyadan Avropaya gedən böyük yük axınından daha çox pay əldə etmək uğrunda marşrutlararası rəqabət formalaşır. Bu rəqabət isə Azərbaycanın Zəngəzur dəhlizinin reallaşdırılmasını və Orta Dəhlizin sürət və maya dəyəri baxımından rəqabət qabiliyyətinin artırılmasını daha da aktuallaşdırır”-deyə Ə.Kərimli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ