Səudiyyə Ərəbistanı sahillərində neft tankeri hücuma məruz qalıb. Bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) məlumat yayıb.
UKMTO Səudiyyənin Yanbu şəhərindən 63 dəniz mili qərbdə baş verən hadisə barədə məlumat alıb.
“Tanker naməlum mərmi ilə vurulub və bu, gəminin əsas göyərtəsində yanğına səbəb olub.
Bütün heyət üzvləri təhlükəsizlikdədir və ətraf mühitə heç bir təsir qeydə alınmayıb”, - deyə açıqlamada bildirilir.
Tahir TAĞIYEV