Cümə günü, 06 noyabr 2026
     

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

Image


Azərbaycan və Özbəkistan arasında münasibətlər qədim tarixi, ortaq milli-mədəni dəyərlər və qarşılıqlı etimada əsaslanır. Son illərdə bu münasibətlər, siyasi və humanitar sahələrlə yanaşı, iqtisadi istiqamətdə də sürətlə inkişaf edir. Hər iki ölkənin yerləşdiyi əlverişli coğrafi mövqe, zəngin təbii və iqtisadi resursları, geniş istehlak bazarları və nəqliyyat imkanları iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm zəmin yaradır.

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin əsas göstəricilərindən biri qarşılıqlı ticarətin sürətlə artmasıdır. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 252 milyon ABŞ dolları olduğu halda, 2025-ci ildə bu göstərici 795 milyon dollara çatıb. Beləliklə, ticarət dövriyyəsi bir il ərzində üç dəfədən çox artıb. 2026-cı ilin yanvar-may aylarında isə qarşılıqlı ticarət əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib. Bu rəqəmlər iqtisadi münasibətlərin dinamik xarakter daşıdığını və mövcud potensialın hələ tam reallaşdırılmadığını göstərir. Bunlar fonunda Milli Məclisin deputatı Hicran Hüseynova qeyd edir ki, prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Bakı ilə Daşkənd arasında münasibətlərin artıq regionda strateji tərəfdaşlığın dinamik nümunələrindən birinə çevrildiyi dövrə təsadüf edir. Son illərdə iki ölkə siyasi etimadı ardıcıl olaraq konkret layihələrə, iqtisadi əlaqələrin genişləndirilməsinə, nəqliyyat marşrutlarının inkişafına, humanitar təşəbbüslərə və regional əməkdaşlığın yeni formatlarının yaradılmasına çevirib. Onun sözlərinə görə, bu gün Azərbaycan və Özbəkistanı yalnız diplomatik münasibətlər deyil, daha geniş və dərin əlaqələr birləşdirir. Ortaq tarix, dil və mədəniyyət, dini və mənəvi yaxınlıq, adət-ənənələr xalqlarımız arasında münasibətlərin möhkəm təməlini təşkil edir. Bu tarixi və mənəvi baza son illərdə getdikcə daha praktik məzmun kəsb edən, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanan müasir münasibətlər modelinin formalaşmasına imkan yaradıb: “Səfər ərəfəsində Daşkənddə keçirilən Dördüncü Azərbaycan–Özbəkistan Regionlararası Forumu iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə mühüm təkan verdi. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığını ardıcıl şəkildə dərinləşdirir. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət görüşləri bu əməkdaşlığın inkişafı üçün əsas platformalardan birinə çevrilib. Bu baxımdan, Azərbaycan ilə Özbəkistan arasında tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. İki ölkə Orta Asiya, Qafqaz və daha geniş Avrasiya məkanında yeni iqtisadi və nəqliyyat əlaqələrinin formalaşmasında mühüm rol oynayan tərəfdaşlara çevrilir”.

H.Hüseynova vurğulayıb ki, iki ölkə arasında əməkdaşlığın digər mühüm platformalarından biri Türk Dövlətləri Təşkilatıdır (TDT). Azərbaycan və Özbəkistan TDT-ni dövlətlərarası əlaqələrin inkişafına xidmət edən mühüm mexanizm, eləcə də ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərin qorunub saxlanıldığı məkan kimi qiymətləndirir. Bu istiqamət Bakı və Daşkənd üçün xüsusi əhəmiyyət daşıyır.

Bu yaxınlaşmanın diqqətçəkən nəticələrindən biri iqtisadi əməkdaşlığın sürətlə genişlənməsi olub. Hazırda Azərbaycanda Özbəkistanın 130-dan çox şirkəti fəaliyyət göstərir. Özbəkistan müəssisələri, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə fəal iştirak edirlər.

Humanitar əməkdaşlıq da siyasi və iqtisadi əlaqələrlə paralel olaraq inkişaf edir. 2023 və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyət Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri keçirilib. Həmin il Özbəkistanın Xivə şəhərində Azərbaycan Mədəniyyət Günləri və “Şuşa günləri” təşkil olunub.

Təhsil sahəsində əlaqələr də genişlənməkdədir. Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb. Özbəkistanın təşəbbüsü ilə Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına məktəb bu əməkdaşlığın mühüm nümunələrindən biridir. Məktəb 960 şagird üçün nəzərdə tutulub və 40 sinif otağı, laboratoriyalar, IT otaqları, idman və akt zalları, kitabxana və yeməkxana ilə təchiz edilib. 2025/2026-cı tədris ilində burada 583 şagird təhsil alıb. Vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq da inkişaf edir. 2023-cü ildə Füzulidə, 2024-cü ildə isə Daşkənddə keçirilən Azərbaycan–Özbəkistan QHT forumlarından sonra 2026-cı ildə iki ölkə ilk dəfə qeyri-hökumət təşkilatları üçün birgə qrant müsabiqəsi elan edib. Müsabiqə çərçivəsində Azərbaycandan qalib seçilən layihələr Özbəkistanda, Özbəkistan QHT-lərinin qalib layihələri isə Azərbaycanda həyata keçiriləcək. Bu təşəbbüs insanlar, təşkilatlar, regionlar və peşəkar icmalar arasında geniş və birbaşa əlaqələr şəbəkəsinin formalaşmasına mühüm töhfə verir. Deputat qeyd edib ki, prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri son onilliklər ərzində iki ölkə arasında münasibətlərin əhəmiyyətli dərəcədə inkişaf etdiyini bir daha nümayiş etdirir. Bu gün Azərbaycan və Özbəkistan arasında möhkəm siyasi təməl formalaşıb, birgə iqtisadi layihələr genişlənir, humanitar əlaqələr inkişaf edir və regional gələcəyə dair ortaq baxış mövcuddur. Bütün bu amillər sabitliyin, inkişafın və qarşılıqlı əlaqələrin əsas dayağına çevrilə biləcək vahid əməkdaşlıq sisteminin formalaşmasına zəmin yaradır.

Əməkdaşlığın digər mühüm istiqaməti investisiyalardır. 2023-cü ildə ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması iki ölkənin birgə layihələrə strateji yanaşmasının göstəricisidir. Bu qurum müxtəlif sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsinə və sahibkarlar arasında əlaqələrin genişləndirilməsinə imkan yaradır. Azərbaycanda artıq Özbəkistan investisiyalı çoxsaylı kommersiya təşkilatlarının fəaliyyət göstərməsi də qarşılıqlı iqtisadi etimadın artdığını göstərir.

Sənaye kooperasiyası Azərbaycan və Özbəkistan iqtisadi tərəfdaşlığının perspektivli istiqamətlərindən biridir. Avtomobil istehsalı, tikinti materialları, kənd təsərrüfatı, qida sənayesi, energetika, metallurgiya və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin istehsal potensialını gücləndirə bilər. 2025-ci ildə tərəflər 2025-2027-ci illər üzrə sənaye əməkdaşlığı proqramı imzalayıb, eyni zamanda ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması məqsədini müəyyənləşdiriblər.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Avropa ilə birləşdirən mühüm nəqliyyat qovşaqlarından biridir. Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzində yerləşərək regionun mühüm iqtisadi və logistika potensialına malik ölkəsidir. Bu baxımdan Orta Dəhlizin inkişafı iki ölkəyə yeni ixrac bazarlarına çıxmaq, tranzit imkanlarını artırmaq və yükdaşımaların səmərəliliyini yüksəltmək imkanı verir. 2026-cı ildə keçirilən hökumətlərarası görüşlərdə də Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişafı əsas prioritetlərdən biri kimi vurğulanıb.

Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi də əməkdaşlığın mühüm istiqamətlərindəndir. Azərbaycan və Özbəkistan bu sahədə təcrübə mübadiləsi, birgə istehsal və investisiya layihələri həyata keçirə bilərlər. 2025-2027-ci illər üçün kənd təsərrüfatı və ərzaq təminatı sahəsində praktiki fəaliyyət planının qəbul edilməsi bu istiqamətdə əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirib. Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri yalnız ikitərəfli ticarətin genişləndirilməsi baxımından deyil, həm də Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yeni iqtisadi əlaqələrin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Qarşılıqlı investisiyaların artırılması, sənaye kooperasiyasının genişləndirilməsi, Orta Dəhlizin inkişafı və yeni birgə müəssisələrin yaradılması hər iki ölkənin iqtisadi inkişafına töhfə verə bilər.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ