İsveçrə hakimiyyəti Rusiya Mərkəzi Bankına və ya fərdi şəxslərə məxsus dondurulmuş vəsaitlərin müsadirə edilməsi üçün heç bir hüquqi mexanizm olmadığını bildirib. "Hazırda İsveçrədə qanuni olaraq əldə edilmiş Rusiya şəxsi aktivlərinin və ya Rusiya Mərkəzi Bankına məxsus aktivlərin müsadirə edilməsi üçün heç bir hüquqi əsas yoxdur", - SECO-nun sözçüsü Fabian Meienfisch RİA Novosti-yə bildirib. O, hazırda bu məsələ ilə bağlı heç bir hüquqi prosedurun aparılmadığını vurğulayıb. SECO daha öncə dondurulmuş Rusiya şəxsi aktivlərinin məbləğinin artdığını açıqlayıb. 2025-ci ildə bu məbləğ 7,4 milyard İsveçrə frankı idisə, bu il İsveçrədə dondurulmuş Rusiya aktivlərinin məbləği 10,4 milyard dollar olaraq qiymətləndirilib.
SAMİRƏ