Cümə günü, 06 noyabr 2026
     

İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

Image


Türkiyə İsrail Baş naziri Benyamin Netanyahunun barəsində İnterpoldan "Sumud" flotiliyası ilə bağlı hərəkətlərinə görə qırmızı bülleten çıxarılmasını istəyib. Buna cavab olaraq Netanyahu ofisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt ifadələrlə tənqid edib və onu İsrailə qarşı aqressiv siyasət aparmaqda ittiham edib.

Bu qarşıdurma İsrailin Suriyaya zərbələri və Türkiyənin İsrailin bölgədəki siyasətinə etirazları fonunda Ankara-Təl-Əviv münasibətlərində gərginliyin daha da artdığını göstərir. Türkiyənin İnterpola müraciəti isə Qəzza məsələsi ətrafında hüquqi və siyasi mübarizənin yeni mərhələyə keçməsi kimi qiymətləndirilə bilər.

İsrailin özünü Yaxın Şərqin "yeganə həqiqi demokratiyası" kimi təqdim etməsi nə dərəcədə əsaslıdır və Türkiyənin bu ifadəyə deyil, İsrailin digər ittihamlarına reaksiya verməsi Ankaranın öz demokratik imicinə münasibəti baxımından necə izah oluna bilər?

Əli Orucov: "İsrailin bölgədəki hegemonluğuna qarşı yeganə güc Türkiyədir"

Mia.az - Əli Orucov: "Diaspor Komitəsinin iş keyfiyyətini ...

Politoloq Əli Orucov məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Yaxın Şərqdə həyata keçirdiyi hərbi siyasət, xüsusilə Qəzzada baş verən dağıntılar və insan itkiləri beynəlxalq ictimaiyyətin ciddi reaksiyasına səbəb olsa da, ABŞ-ın İsrailə verdiyi siyasi dəstək Təl-Əvivin beynəlxalq təzyiqlər qarşısında mövqeyini qorumasına imkan verir.

Onun sözlərinə görə, Netanyahu ilə bağlı beynəlxalq hüquqi mexanizmlərin işə salınması da bu prosesin qarşısını almaqda kifayət qədər təsirli olmayıb. Politoloq hesab edir ki, Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu barədə həbs qərarından sonra ABŞ tərəfindən məhkəməyə qarşı sanksiyaların tətbiq edilməsi beynəlxalq hüquq sisteminin siyasi təsirlərdən nə dərəcədə asılı vəziyyətə düşdüyünü göstərən nümunələrdən biridir.

Əli Orucov Türkiyənin Netanyahu ilə bağlı qırmızı bülleten məsələsində də real hüquqi nəticənin əldə olunacağına ehtiyatla yanaşır. Onun fikrincə, belə bir qərarın siyasi əhəmiyyəti böyük olsa da, hazırkı beynəlxalq münasibətlər sistemində onun praktiki icrası kifayət qədər çətindir. Çünki Netanyahu Türkiyəyə səfər etmədiyi və onun həbsinə imkan verəcək hüquqi-siyasi şərait yaranmadığı müddətdə qırmızı bülletenin real nəticəsi məhdud olacaq.

Politoloq hesab edir ki, burada daha geniş problem beynəlxalq hüququn universallığı ilə bağlıdır. Əgər beynəlxalq hüquq bütün dövlətlərə və siyasi liderlərə eyni şəkildə tətbiq olunmursa, onun legitimliyi də sual altına düşür. Güclü dövlətlərin öz siyasi maraqlarına uyğun olaraq beynəlxalq hüquq mexanizmlərinə təzyiq göstərməsi dünyada ikili standartlar barədə təsəvvürləri daha da gücləndirir.

Əli Orucov, bununla belə, cəzasızlıq mühitinin sonsuza qədər davam edəcəyini düşünmür. Onun fikrincə, Netanyahu hökumətinin siyasətinin ən ciddi nəticələrindən biri İsrailin beynəlxalq imicinin zədələnməsi və ölkənin əvvəlki kimi geniş beynəlxalq dəstəyə malik olmamasıdır. "İsrail baş nazirinə ən ağır cəzanı məhz İsrail xalqı və dövləti verəcək" deyən politoloq hesab edir ki, uzunmüddətli müharibələr və artan beynəlxalq təcrid İsrail cəmiyyətində də ciddi siyasi narazılıqlar yarada bilər.

Politoloq vurğulayıb ki, İsrailin özünü regionun yeganə demokratik dövləti kimi təqdim etməsi də onun həyata keçirdiyi hərbi siyasət fonunda ciddi suallar doğurur. Onun fikrincə, demokratiya yalnız siyasi institutların mövcudluğu ilə ölçülmür, eyni zamanda insan hüquqlarına, beynəlxalq hüquqa və mülki əhalinin təhlükəsizliyinə münasibətlə də müəyyən edilir. Təhlükəsizlik arqumentindən istifadə etməklə bütün regionu uzunmüddətli müharibə və qarşıdurma mühitinə sürükləmək demokratik dəyərlərlə uzlaşmır.

Əli Orucov Türkiyə-İsrail münasibətlərinin də getdikcə daha həssas mərhələyə daxil olduğunu düşünür. Onun sözlərinə görə, İsrailin Suriyanın Türkiyə sərhədinə yaxın ərazilərində hərbi əməliyyatlarını genişləndirməsi Ankara ilə Təl-Əviv arasında onsuz da mövcud olan gərginliyi daha da artırır. Lakin politoloq yaxın perspektivdə iki ölkə arasında birbaşa hərbi toqquşma ehtimalını yüksək qiymətləndirmir.

"İsrail və Türkiyə ABŞ üçün strateji əhəmiyyət daşıyan iki dövlətdir və Vaşinqton onların açıq hərbi qarşıdurmaya getməsinə imkan verməz" - deyən Əli Orucov hesab edir ki, ABŞ-ın qarşısında əsas dilemma məhz burada yaranır. Vaşinqton bir tərəfdən İsrailin təhlükəsizliyini və maraqlarını qorumağa çalışır, digər tərəfdən isə Türkiyə kimi NATO üzvü və regionda mühüm geosiyasi aktorla münasibətlərin tamamilə pozulmasında maraqlı deyil.

Politoloqun fikrincə, Yaxın Şərqdə vəziyyətin daha da mürəkkəbləşməsinin qarşısını almaq üçün ABŞ İsrailin hərbi və siyasi addımlarına daha ciddi təsir göstərməlidir. Əks halda Təl-Əvivin regional ambisiyaları yalnız İsrailin deyil, ABŞ-ın da bölgədəki strateji maraqlarına zərər vura bilər.

Əli Orucov hesab edir ki, hazırkı regional reallıqlar fonunda İsrailin bölgədəki hərbi-siyasi hegemonluğuna qarşı balans yarada biləcək əsas regional güc Türkiyədir. Onun sözlərinə görə, Ankara həm siyasi, həm iqtisadi, həm də hərbi potensialına görə Yaxın Şərqdə yeni güc balansının formalaşmasına təsir göstərə biləcək ölkələrdən biridir.

"Ya Netanyahuya Tramp “dur” deməlidir, ya da ABŞ-ın regional maraqları Təl-Əvivin bitib-tükənməyən ambisiyalarının qurbanına çevrilməlidir", – deyə Əli Orucov bildirib.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ