Bazar ertəsi günü, 24 avqust 2026
     

Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

Image


Abutalıb Səmədov: “Rusiya Cənubi Qafqazı tərk etmək yolunu tutmaq istəyir”

Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin bərpasının mümkün olduğunu, lakin hazırda bunun Moskvanın gündəmində olmadığını açıqlayıb.

Rusiya tərəfinin mövqeyinə görə, diplomatik münasibətlərin bərpası təşəbbüsü Tbilisidən gəlməlidir. Moskva belə bir təşəbbüsə açıq olduğunu bildirir, lakin hazırda bununla bağlı konkret danışıqların aparılmadığı vurğulanır.

Rusiya XİN hesab edir ki, iki ölkə arasında diplomatik münasibətlərin olmaması keçmiş prezident Mixeil Saakaşvilinin hakimiyyəti dövründən qalan ağır siyasi mirasdır.

Moskva, eyni zamanda, Gürcüstanı Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək barədə hüquqi sənədlər imzalamağa çağırır. Rusiya tərəfi hesab edir ki, belə razılaşmalar 2008-ci ilin avqustunda baş vermiş hərbi qarşıdurmanın təkrarlanmasının qarşısını almaq üçün təminat rolunu oynaya bilər.

Rusiya XİN-in açıqlamasından görünür ki, Moskva Gürcüstanla münasibətlərin normallaşdırılması ehtimalını tamamilə istisna etmir. Lakin bunun üçün ilk siyasi addımın Tbilisidən gəlməsini və Gürcüstanın regionda formalaşmış yeni geosiyasi reallıqları qəbul etməsini gözləyir.

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya da Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçün Gürcüstanın Abxaziya və Cənubi Osetiya qarşısında güc tətbiq etməmək barədə hüquqi öhdəlik götürməli olduğunu bildirib.

Nebenzya bu sənədlərin sadəcə siyasi bəyanat deyil, hüquqi baxımdan məcburi sazişlər olmasının vacibliyini vurğulayıb. Onun irəli sürdüyü yanaşmaya əsasən, Tbilisi həm Abxaziya, həm də Cənubi Osetiya ilə ayrıca güc tətbiq etməmək haqqında razılaşma imzalamalıdır.

Rusiya nümayəndəsi, bununla yanaşı, Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanmasını da vacib hesab edir. Moskvanın mövqeyinə görə, belə mexanizm regionda yeni hərbi qarşıdurmanın qarşısını almağa və təhlükəsizlik üçün hüquqi zəmin yaratmağa imkan verə bilər.

Nebenzya, həmçinin, BMT Baş Assambleyasının hər il qəbul etdiyi, Rusiyanın fikrincə, siyasiləşdirilmiş qətnamələri, Abxaziya və Cənubi Osetiya əhalisinin sanksiya və məhdudiyyətlərlə üzləşməsini tənqid edib. O, Qərbin Gürcüstana təsir göstərməyə və ölkəni NATO istiqamətinə cəlb etməyə çalışdığını da iddia edib.

Beləliklə, Moskvanın təklifinin əsas mahiyyəti Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya qarşı güc tətbiq etməyəcəyinə hüquqi təminat verməsi, ardınca isə sərhədlərin müəyyənləşdirilməsi prosesinin başlanmasıdır. Bununla belə, belə bir sazişin Tbilisi tərəfindən qəbul edilməsi məsələsi siyasi baxımdan olduqca həssasdır, çünki Gürcüstan Abxaziya və Cənubi Osetiyanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir və onların ayrıca tərəf kimi tanınmasına ehtiyatla yanaşır.

Rusiya Gürcüstanı Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək barədə hüquqi sazişlər imzalamağa çağırır. Tbilisi belə bir sazişə getməyə hazır ola bilərmi? Əgər Gürcüstan bu sənədləri imzalasa, bunun hüquqi və siyasi baxımdan hansı nəticələri ola bilər? Belə bir addım Abxaziya və Cənubi Osetiyanın ayrıca tərəf kimi qəbul edilməsi və dolayısı ilə onların statusunun legitimləşdirilməsi kimi qiymətləndirilə bilərmi, yoxsa söhbət yalnız gələcək hərbi qarşıdurmanın qarşısını almağa yönəlmiş texniki öhdəlikdən gedə bilər?

İki

Politoloq Abutalıb Səmədov “Bakı-Xəbər” qəzetinə açıqlamasında Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin bərpası perspektivlərini, Moskvanın Abxaziya və Cənubi Osetiya siyasətini, eləcə də Rusiyanın Cənubi Qafqazdakı mövcud mövqeyini şərh edib.

Politoloqun sözlərinə görə, Gürcüstan dəfələrlə Rusiya ilə diplomatik münasibətlərin bərpasında maraqlı olduğunu bəyan edib. Lakin Tiflisin bu məsələdə əsas şərti Rusiyanın Gürcüstanın ərazi bütövlüyünü tanıması və Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaq barədə qərarından imtina etməsidir.

“Rusiya tərəfi isə bu məsələdə geri addım atmağa hazır görünmür. Ona görə də hazırda Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin bərpası real görünmür. Moskva Abxaziya və Cənubi Osetiya ilə mövcud münasibətlərini qorumaqda maraqlıdır. Bu iki qurumu müstəqil dövlət kimi tanıyıb və hələlik bu siyasətin dəyişdirilməsi istiqamətində ciddi addım atmır”, – deyə A.Səmədov bildirib.

Politoloq qeyd edib ki, Rusiya mayın 9-da Cənubi Osetiya ilə bağlı bəzi sənədlərin imzalanmasını və inteqrasiyanın başlanmasını elan etsə də, Moskva hazırda bu istiqamətdə tələsmir. Onun fikrincə, Rusiyanın qarşısında kifayət qədər ciddi problemlər var və belə bir şəraitdə Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi istiqamətində addım atmaq Moskva üçün əlavə risklər yarada bilər.

“Abxaziyaya münasibətdə də Rusiya Cənubi Osetiyadakı qədər sürətli inteqrasiya xətti tutmur. Moskva hər iki ərazini maliyyələşdirir, müxtəlif formalarda dəstək göstərir və onları özündən asılı vəziyyətdə saxlayır. Lakin gələcəkdə siyasi və geosiyasi şərait imkan verərsə, onların Rusiyaya birləşdirilməsi məsələsi gündəmə gətirilə bilər”, – deyə o vurğulayıb.

A.Səmədovun sözlərinə görə, Moskvanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə müəyyən müqavilələr imzalamasında israr etməsinin arxasında da məhz bu perspektiv dayanır. Rusiya Tiflisin həmin qurumları müstəqil subyekt kimi qəbul etməsini və onlara hücum etməmək, problemləri hərbi yolla həll etməmək barədə öhdəliklər götürməsini istəyir.

“Gürcüstan isə məsələnin mahiyyətini anlayır. Çünki belə bir sənəd imzalansa, gələcəkdə Abxaziya və Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi prosesinə hüquqi və siyasi əsas yaratması mümkün ola bilər. Rısmi Tiflis buna görə də həmin addımları atmır”, – politoloq bildirib.

O qeyd edib ki, əgər əsas məqsədi gələcəkdə hərbi qarşıdurmanın qarşısını almaqdırsa, bunun üçün mütləq ayrıca müqavilələrin imzalanmasına ehtiyac yoxdur. Gürcüstan hakimiyyəti siyasi bəyanatlar vasitəsilə də hərbi qüvvədən istifadə etmək niyyətində olmadığını bildirə və Rusiyaya bu barədə mövqeyini çatdıra bilər.

A.Səmədov hesab edir ki, Rusiyanın hazırkı siyasətini onun Ukraynada apardığı müharibə və beynəlxalq mövqeyində baş verən dəyişikliklərdən ayrı qiymətləndirmək mümkün deyil.

“Rusiya bu gün Ukraynada ağır müharibə aparır. Müharibə nəticəsində müəyyən ərazilərə nəzarət əldə etsə də, eyni zamanda müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub. Suriya hadisələrindən sonra mövqeləri zəifləyib, Cənubi Qafqazda əvvəlki nüfuzunu itirib və ən əsası, beynəlxalq aləmdə ciddi reputasiya problemi ilə üzləşib”, – deyə politoloq bildirib.

Onun sözlərinə görə, Ukrayna müharibəsində 50-dən çox dövlət Kiyevə müxtəlif formalarda dəstək verir. Rusiya isə, hərbi bloklara malik olsa da, müharibənin gedişi onun müttəfiqlərinin də Moskva ilə münasibətlərinə yenidən baxmasına səbəb olub.

“Bu gün Rusiyanın, hətta ən yaxın tərəfdaşları belə, öz ərazi bütövlükləri baxımından müəyyən narahatlıq keçirirlər. Belarusun Ukrayna müharibəsində Rusiyaya verdiyi dəstək də genişmiqyaslı hərbi iştirak səviyyəsində deyil. Rusiya anlamalıdır ki, Gürcüstan Cənubi Qafqazda mövcudluğunu qorumaq baxımından onun üçün son imkanlardan biridir”, – A.Səmədov deyib.

Politoloq hesab edir ki, Ermənistanın Qərbə inteqrasiya xəttini seçməsi Rusiyanın Cənubi Qafqazdakı mövqelərini daha da zəiflədib. Azərbaycan isə müstəqil xarici siyasət yürüdür və müxtəlif güc mərkəzləri arasında balans saxlamağa çalışır.

“Azərbaycanın maraqları Rusiyadan müəyyən məsafədə dayanmağı və öz milli təhlükəsizliyini təmin etməyi tələb edir. Azərbaycan mümkün qədər bütün dünya gücləri ilə bərabər məsafəli münasibətlər qurmağa çalışır. Rusiya ilə Azərbaycan arasında müəyyən soyuqluğun səbəblərindən biri də Moskvanın siyasəti və Azərbaycanın öz dövlət təhlükəsizliyini qorumaq istiqamətində atdığı addımlardır”, – deyə o bildirib.

A.Səmədovun fikrincə, Rusiya-Gürcüstan münasibətlərinin normallaşmaması Moskvanın Cənubi Qafqazdakı mövqelərini daha da zəiflədə bilər.

“Əgər Rusiya Gürcüstanla münasibətlərini düzəltməsə və diplomatik əlaqələri bərpa etməsə, onun Cənubi Qafqazda qalmaq imkanları azalacaq. Gürcüstan da, böyük ehtimalla, müəyyən müddətdən sonra əvvəlki xarici siyasət kursuna qayıtmaq və Avropa inteqrasiyası istiqamətində yeni addımlar atmaq məcburiyyətində qala bilər”, – politoloq deyib.

O əlavə edib ki, Rusiyanın Cənubi Qafqazdan çıxması Moskva üçün ciddi geosiyasi məğlubiyyət olardı. Çünki Mərkəzi Asiyada da Çinin təsiri sürətlə artır, türk dövlətləri arasında əlaqələr güclənir və region ölkələri öz təhlükəsizlik və iqtisadi maraqlarına uyğun yeni tərəfdaşlıqlar qururlar.

“Putin bəyan edir ki, onun əsas missiyası Rusiya torpaqlarını toparlamaq və güclü dövlət yaratmaqdır. Lakin proseslər göstərir ki, Moskvanın ərazi baxımından genişlənməsi əvəzinə, onun təsir imkanlarının daralması riski artır. Cənubi Qafqazda isə Çin və digər güclərin artan təsiri Rusiyanın əvvəlki mövqelərini bərpa etməsini daha da çətinləşdirə bilər”, – A.Səmədov vurğulayıb.

Politoloqun fikrincə, hazırda Rusiya-Gürcüstan münasibətlərində əsas sual Moskvanın hansı yolu seçəcəyidir: Gürcüstanla münasibətləri normallaşdırmaq və Cənubi Qafqazda mövcudluğunu qorumaq, yoxsa Abxaziya və Cənubi Osetiya məsələlərində mövcud siyasətini davam etdirərək regiondan tədricən uzaqlaşmaq.

“Hadisələrin gedişi və Rusiyanın son bəyanatları göstərir ki, Moskva hələlik Gürcüstanla münasibətləri yaxşılaşdırmaq xəttini seçməyib. Əksinə, mümkün olduğu halda, ən azı, Cənubi Osetiyanın özünə birləşdirilməsi istiqamətində addım atmaq və bundan sonra Cənubi Qafqazdan sakit şəkildə çıxmaq variantını nəzərdən keçirə bilər. Hər halda, Cənubi Qafqaz dövlətlərinin, ilk növbədə Azərbaycan və Ermənistanın istəyi Rusiyanın regiondakı təsirinin azalmasıdır”, – deyə Abutalıb Səmədov fikrini yekunlaşdırıb.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

24.08.2026 / 14:31
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

23.08.2026 / 18:03
Azərbaycan–Özbəkistan müttəfiqliyinin qarşısında böyük perspektivlər açılır...

23.08.2026 / 17:14
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalandı

23.08.2026 / 17:11
Prezident İlham Əliyev: "Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub"

23.08.2026 / 17:08
"Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir" - Prezident

23.08.2026 / 16:39
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTO/YENİLƏNDİ

23.08.2026 / 16:30
Daşkənddə Prezident İlham Əliyevin Mirziyoyevlə təkbətək görüşü olub - FOTO

23.08.2026 / 16:07
Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi - SƏRƏNCAM

23.08.2026 / 16:01
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

23.08.2026 / 15:57
Füzulidə “Dostluq bağı”, Mirzə Uluqbəy məktəbi - Azərbaycanla Özbəkistanın qardaşlığının hələ çox simvolları olacaq…

23.08.2026 / 15:44
Azərbaycan-Özbəkistan Regionlararası Forumu 4-cü mərhələdən keçir - Arxada nələr qalıb?...

23.08.2026 / 15:01
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

23.08.2026 / 14:29
Prezident və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar - FOTO

23.08.2026 / 14:28
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - VİDEO

23.08.2026 / 14:17
"Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır" - Hikmət Hacıyev

23.08.2026 / 13:46
Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib - FOTO

23.08.2026 / 13:17
Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında prezidentlərin şəxsi münasibətlərinin rolu

23.08.2026 / 13:05
Prezident İlham Əliyevin Özbəkistana səfəri başlayıb - FOTO/VİDEO

23.08.2026 / 12:35
Vuçiç konstitusiyanı dəyişib yenidən prezident olmaq istəyir - Serbiya spikeri hər şeyi açıb tökdü…

23.08.2026 / 11:48
Sidney Marafonu təşkilatçılarının səhvi sosial mediada açıldı - medallara səhvən Münhen stadionunun şəkli vuruldu…

23.08.2026 / 11:20
Tramp: "Kanada ABŞ ştatı olmadan üstünlüklərdən faydalanmaq istəyir"

23.08.2026 / 10:15
Zaxarova alman mediasını hədəf aldı - öz problemlərinizlə məşğul olun…

23.08.2026 / 09:47
Vergi uçotu ilə bağlı 10 min dollarlıq limit bu gündən qüvvəyə mindi

23.08.2026 / 09:22
Bakıda işlədikləri şirkəti soyan şəxslər tutuldu

23.08.2026 / 08:48
Qazaxıstanda Qurultaya seçkilər keçirilir

22.08.2026 / 21:54
“Bakıda Azərbaycan, Özbəkistan və Türkiyə qadınlarını bir araya gətirən Birlik Gecəsi keçirilib

22.08.2026 / 20:33
Berlin yaxınlığında gizli silah anbarı aşkarlandı – Almaniya bir rus agentin izinə düşdü…

22.08.2026 / 20:07
Ukrayna ilk dəfə Rusiyada Ozon logistika mərkəzini vurdu - VİDEO

22.08.2026 / 19:44
Medvedev müharibəyə qarşı çıxan rusları hədəf aldı - Belə alçaqları bağışlamaq olmaz…

22.08.2026 / 19:27
"Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib" - Vüqar Rəhimzadə

22.08.2026 / 19:22
Əhliman Əmiraslanov: “Qərbi Azərbaycana qayıdıș Ulu öndərin formalașdırdığı milli-mənəvi bütövlük siyasətinin tərkib hissəsidir” - MÜSAHİBƏ

22.08.2026 / 18:37
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ