Cümə günü, 06 noyabr 2026
     

ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

Image


Xaqani Cəfərli: "Qlobal təhlükəsizlik sistemi qaydalara dayanır, əgər bu qaydalar yoxdursa, deməli, qlobal təhlükəsizlik sistemi mövcud deyil"

ABŞ və daha 40 ölkə ballistik raketlərin və kosmik daşıyıcıların buraxılışı barədə ən azı 24 saat əvvəl beynəlxalq xəbərdarlıq verilməsi ilə bağlı çağırış edib. Birgə bəyanat avqustun 12-də ABŞ-ın Cenevrədəki BMT yanında daimi nümayəndəliyinin saytında yayımlanıb.

Təşəbbüsə ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Yaponiya, Türkiyə və Avropa İttifaqının Almaniya, Fransa və İtaliya da daxil olmaqla əksər ölkələri qoşulub.

İştirakçı ölkələr hesab edir ki, ballistik raket və kosmik daşıyıcıların buraxılışları barədə əvvəlcədən məlumat mübadiləsinin sistemləşdirilməsi dövlətlər arasında etimadı artıra, yanlış qiymətləndirmə və mümkün hərbi insident riskini azalda bilər.

Rusiya Xarici İşlər Nazirliyi isə bu tələbi əsassız hesab edib. Moskvanın mövqeyinə görə, Rusiya artıq Haaqa Davranış Məcəlləsinin iştirakçısıdır və raket buraxılışları barədə bir sıra ikitərəfli xəbərdarlıq mexanizmlərinə malikdir. Rusiya XİN bildirib ki, qarşılıqlılıq prinsipi əsasında, o cümlədən ABŞ-la mövcud mexanizmlər çərçivəsində müvafiq məlumat mübadiləsi aparılır.

Təşəbbüsün irəli sürülməsi Şimali Koreyanın son dövrdə bir sıra raket buraxılışları həyata keçirməsi fonunda baş verib. ABŞ, Cənubi Koreya və Yaponiya kimi ölkələr belə mexanizmlərin, xüsusilə Şərqi Asiyada gərginliyin azaldılmasına və raket buraxılışlarının yanlış anlaşılmasının qarşısının alınmasına kömək edə biləcəyini düşünür.

Beləliklə, məsələ yalnız texniki xəbərdarlıq mexanizmi ilə məhdudlaşmır. Raket sınaqları və ballistik silahların istifadəsi ətrafında artan beynəlxalq narahatlıq fonunda strateji sabitliyin və dövlətlərarası etimadın gücləndirilməsi üçün ümumi qaydaların yaradılması təşəbbüsü kimi çıxış edir.

Yəni ABŞ və daha 40 ölkənin ballistik raket və kosmik daşıyıcıların buraxılışları barədə ən azı 24 saat əvvəl xəbərdarlıq edilməsi təşəbbüsünü Rusiya əsassız hesab edir və mövcud qarşılıqlı məlumatlandırma mexanizmlərinin kifayət etdiyini bildirir. Bu təşəbbüs həqiqətən strateji sabitliyi və dövlətlərarası etimadı gücləndirməyə yönəlmiş addımdır, yoxsa ABŞ və Qərbin Rusiya, Çin və Şimali Koreya kimi ölkələrin raket imkanlarına nəzarəti artırmaq cəhdi kimi qiymətləndirilə bilər və bunun qlobal təhlükəsizlik sisteminə mümkün təsirləri nələrdir?

Postsovet məkanında Nobel mükafatı laureatı olmaq da repressiyaların qarşısını ala bilmir

Burada əsas məsələ yalnız raketlərin buraxılışının əvvəlcədən elan edilməsi deyil. Belə mexanizm dövlətlərin bir-birinin hərbi fəaliyyətini səhv qiymətləndirməsinin qarşısını almaq baxımından da əhəmiyyətlidir. Xüsusilə nüvə silahına malik dövlətlər arasında yanlış siqnalın və ya qəfil hərbi hazırlığın daha böyük münaqişəyə çevrilməsi riski nəzərə alınarsa, şəffaflıq və qabaqcadan xəbərdarlıq mexanizmləri strateji sabitliyin mühüm elementinə çevrilə bilər.

Cəfərliyə görə, beynəlxalq ictimaiyyətin belə qaydaların qəbul edilməsinə nail olmaq üçün siyasi və iqtisadi təsir imkanları da mövcuddur. Politoloq hesab edir ki, böyük dövlətlər beynəlxalq qaydalara əməl etmədikdə onlara qarşı kollektiv təzyiq mexanizmlərinin işlədilməsi mümkündür.

"Əslində, belə təşəbbüslərə qarşı çıxan dövlətlərə qarşı bəşəriyyətin təzyiq imkanları var. Sadəcə olaraq bunu işə salmaq mümkün olmur. Məsələn, Rusiya, Çin, İran və Şimali Koreyanın malları və xidmətləri bircə həftə bütün dünya boyunca boykot olunsa, dərhal mövqelərini dəyişmək məcburiyyətində qalarlar", – deyə o bildirib.

Bununla belə, bu cür yanaşmanın praktik baxımdan ciddi məhdudiyyətləri də var. Çünki Rusiya və Çin kimi böyük iqtisadiyyatların qlobal ticarətdəki çəkisi nəzərə alınmadan həyata keçiriləcək genişmiqyaslı boykot dünya iqtisadiyyatının özünə də ciddi zərbə vura bilər. Bu səbəbdən beynəlxalq təhlükəsizlik məsələlərində yalnız iqtisadi təzyiqə deyil, diplomatik danışıqlara, qarşılıqlı təhlükəsizlik zəmanətlərinə, silahlara nəzarət mexanizmlərinə və mərhələli etimad tədbirlərinə də ehtiyac yaranır.

Politoloq hesab edir ki, xəbərdarlıq mexanizmlərinin işləməməsi dövlətlərə qəfil zərbə imkanlarını qorumağa və raket potensiallarını genişləndirməyə stimul verir. Bu isə silahlanma yarışını daha da sürətləndirə və beynəlxalq təhlükəsizlik sistemində qeyri-müəyyənliyi artıra bilər.

"Belə təzyiq olmadığı üçün də Rusiya, Çin, İran və Şimali Koreya kimi ölkələr raket imkanlarını artırmaq, qəfil zərbə endirmək imkanlarını saxlamağa çalışırlar. Bu isə qlobal təhlükəsizlik sisteminə çox pis təsir edir”, – deyə Xaqani Cəfərli vurğulayıb.

Onun fikrincə, dünyanın qarşısında duran əsas vəzifələrdən biri yeni reallıqlara uyğun təhlükəsizlik qaydalarının formalaşdırılmasıdır. Çünki əvvəlki dövrdən qalan mexanizmlər müasir geosiyasi rəqabətin bütün xüsusiyyətlərini əhatə etmir. Raket texnologiyalarının inkişafı, hipersəs silahları, pilotsuz sistemlər, kosmik infrastrukturun hərbiləşdirilməsi və nüvə arsenallarının mövcudluğu yeni təhlükəsizlik çərçivəsinin yaradılmasını zəruri edir.

"Qlobal təhlükəsizlik sistemi qaydalara dayanır, əgər bu qaydalar yoxdursa, deməli, qlobal təhlükəsizlik sistemi mövcud deyil”, – politoloq bildirib.

Beləliklə, ballistik raket buraxılışları barədə əvvəlcədən xəbərdarlıq təşəbbüsü ilk baxışda texniki xarakterli addım təsiri bağışlasa da, əslində daha geniş geosiyasi məqsəd daşıyır. Bu cür mexanizmlərin əsas məqsədi dövlətlərin hərbi fəaliyyətini tam məhdudlaşdırmaq deyil, onların davranışını daha proqnozlaşdırılan etmək, yanlış hesablamaların qarşısını almaq və potensial münaqişələrin idarəolunmaz mərhələyə keçməsinə imkan verməməkdir. Əgər bu istiqamətdə ümumi qaydalar formalaşdırıla bilsə, həmin mexanizm gələcəkdə yeni beynəlxalq təhlükəsizlik arxitekturasının elementlərindən birinə çevrilə bilər.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ