İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib ki, Hörmüz boğazı bağlı qalıb və ABŞ siyasətini dəyişməyincə və öhdəliklərini yerinə yetirməyincə açılmayacaq.
Onun sözlərinə görə, Tehran münaqişəni genişləndirməyə çalışmır, lakin Vaşinqtonun daha da iqtisadi təzyiq göstərəcəyi təqdirdə daha sərt tədbirlər görməyə hazırdır.
Rezai həmçinin xəbərdarlıq edib ki, əgər qonşu ölkələr ABŞ sanksiyalarını dəstəkləsə və İranın maraqlarına zərər verərsə, Tehran neftin təkcə Hörmüz boğazından deyil, həm də bütün Fars körfəzindən axmasının qarşısını ala bilər.
"Biz bütün qonşu ölkələri iqtisadi müharibədə Amerikaya qoşulmamağı çağırırıq. Əks təqdirdə, onları düşmən hesab edəcəyik. Biz müharibəni genişləndirmək istəmirik, amma İran ətrafındakı ölkələr iqtisadi müharibədə amerikalılarla əməkdaşlıq etsələr, onların maraqlarını hədəf alacağıq" – deyə Rezai bildirib.
Rizai bildirib ki, əgər İranı əhatə edən ölkələr iqtisadi müharibədə ABŞ-ı dəstəkləsələr, Hörmüz boğazı kimi Fars körfəzini də bağlayacaq və bölgədən bir damla neftin də keçməsinə icazə verməyəcəklər.
O əlavə edib ki, İran artıq boğaz ərazisində mərkəzi gəmiçilik marşrutundan istifadə ilə bağlı Omanla razılığa gəlib, lakin tərəflərin birgə bəyanatı hələ hazırlanmayıb.
İran rəsmisi həmçinin ABŞ prezidenti Trampın "ehtiyatsız" siyasəti səbəbindən dünyada nüvə silahı əldə etmək istəyinin artdığını da iddia edib.
Rezaeinin bu bəyanatı İranla ABŞ arasında davam edən gərginlik və Tehranın dünyanın ən vacib neft marşrutlarından birində gəmiçiliyi məhdudlaşdırmaqla bağlı təhdidləri fonunda səsləndirilib.
Tahir TAĞIYEV