Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində görüşə bilərlər. Bunu Rusiya prezidenti Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.
APEC sammiti 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək. Uşakovun sözlərinə görə, əgər Putin və Tramp eyni tədbirdə iştirak etsələr, şəxsi görüş demək olar ki, qaçılmazdır.
"APEC sammitinə qədər hələ uzun bir yol var. Amma liderlər eyni tədbirdə olsalar, düşünürəm ki, qaçılmaz olaraq görüşüb danışacaqlar", - deyə Rusiya prezidentinin köməkçisi bildirib.
Uşakov vurğulayıb ki, hələlik belə bir görüşə hazırlıqla bağlı konkret siqnal yoxdur. Sammitə təxminən üç ay qalıb və bu müddət ərzində Rusiyada və digər ölkələrdə bir sıra beynəlxalq tədbirlər keçiriləcək.
Tahir TAĞIYEV