Cümə günü, 06 noyabr 2026
     

Azərbaycan–Özbəkistan müttəfiqliyinin qarşısında böyük perspektivlər açılır...

Image


Azərbaycanın xarici siyasətinin mühüm prioritetlərindən biri Mərkəzi Asiya ölkələri ilə, xüsusilə də Özbəkistanla münasibətlərin davamlı inkişaf etdirilməsidir. Tarixi, dini, milli və mədəni bağlarla bir-birinə sıx bağlı olan Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlər əsrlər boyu formalaşmış möhkəm dostluq və qardaşlıq ənənələrinə əsaslanır. Ortaq dil və mədəni dəyərlər, adət-ənənələr, tarixi irs və mənəvi yaxınlıq iki xalqı birləşdirən əsas amillərdəndir. Məhz bu möhkəm təməl üzərində Azərbaycan–Özbəkistan münasibətləri bu gün özünün ən yüksək inkişaf mərhələsinə – müttəfiqlik səviyyəsinə yüksəlib.

İki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra əlaqələr bütün istiqamətlər üzrə ardıcıl şəkildə inkişaf edib. Azərbaycan və Özbəkistan regional və beynəlxalq məsələlərdə bir-birinin mövqelərinə hörmətlə yanaşıb, qarşılıqlı dəstək nümayiş etdiriblər. Bu əməkdaşlıq təkcə siyasi müstəvi ilə məhdudlaşmayıb, iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, humanitar əlaqələr, mədəniyyət və digər sahələri də əhatə edib. Azərbaycan–Özbəkistan münasibətlərinin müasir inkişaf mərhələsinin əsasını qoyan mühüm hadisələrdən biri Ulu Öndər Heydər Əliyevin 18–19 iyun 1997-ci ildə Özbəkistana rəsmi səfəri olub. Həmin səfər iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb. Səfər çərçivəsində imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın hüquqi bazasının formalaşdırılmasına mühüm töhfə verib. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verib və Özbəkistanla münasibətlər bu siyasətin mühüm istiqamətlərindən birinə çevrilib. Bu siyasət sonrakı dövrdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Prezident İlham Əliyevin Özbəkistanla münasibətlərə göstərdiyi xüsusi diqqət və siyasi iradə nəticəsində ikitərəfli əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan prezidenti ilə Özbəkistan lideri Şavkat Mirziyoyev arasında qarşılıqlı etimada və dostluğa əsaslanan yüksək səviyyəli münasibətlər dövlətlərarası əlaqələrin inkişafına mühüm stimul verib. Liderlər arasında müntəzəm görüşlər və qarşılıqlı səfərlər əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud layihələrin sürətləndirilməsinə şərait yaradıb. Son illərdə həyata keçirilən qarşılıqlı səfərlər Azərbaycan–Özbəkistan münasibətlərinin dinamik xarakterini aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin Özbəkistana, Prezident Şavkat Mirziyoyevin isə Azərbaycana çoxsaylı dövlət və işgüzar səfərləri zamanı müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən mühüm sənədlər imzalanıb. Bu sənədlər iki ölkənin strateji maraqlarının yaxınlığını nümayiş etdirməklə yanaşı, əlaqələrin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib.

Münasibətlərin inkişafında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”nin imzalanması iki ölkə arasında siyasi dialoqun institusional əsaslarını daha da gücləndirib. Ən mühüm addımlardan biri isə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması olub. Bu sənəd iki qardaş ölkə arasında münasibətlərin mahiyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə müəyyənləşdirən mühüm tarixi sənəd kimi qiymətləndirilə bilər. Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın iqtisadi ölçüsü də xüsusi diqqətə layiqdir. Qarşılıqlı ticarətin genişləndirilməsi, investisiyaların təşviqi, sənaye kooperasiyasının inkişafı və birgə müəssisələrin yaradılması üçün geniş imkanlar mövcuddur. İki ölkənin iqtisadi potensialı və coğrafi mövqeyi yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Xüsusilə nəqliyyat və logistika sahəsində əməkdaşlıq böyük perspektivlər vəd edir. Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşaqlarından biri kimi, Özbəkistan isə Mərkəzi Asiyanın əsas iqtisadi və nəqliyyat mərkəzlərindən biri kimi çıxış edir. Bu baxımdan iki ölkənin nəqliyyat imkanlarının əlaqələndirilməsi regional və beynəlxalq ticarət yollarının inkişafına mühüm töhfə verə bilər. Azərbaycan və Özbəkistanın enerji sahəsində əməkdaşlığı da getdikcə genişlənir. Azərbaycanın enerji infrastrukturu və beynəlxalq enerji layihələrindəki təcrübəsi, Özbəkistanın isə enerji istehsalı və potensialı yeni birgə təşəbbüslər üçün imkan yaradır. Bundan əlavə, bərpaolunan enerji, yaşıl enerji və enerji səmərəliliyi istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsi gələcək dövr üçün mühüm perspektivlərdən biridir. Bu arada "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" də böyük önəm kəsb edir. Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"yə münasibət bildirərkən deyib ki, Özbəkistanla Azərbaycan arasındakı münasibətlər artıq strateji müttəfiqlik xarakteri daşıyır. Onun sözlərinə görə, 2020-ci ildə iki dövlət başçısının təmaslarından sonra Özbəkistan və Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub: "Həmin dövrdən etibarən iki dövlət arasında münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə çatıb. İndi isə əbədi dostluq münasibətləri xarakteri daşıyacaq. Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir və biz belə bir addımı iki dəfə Özbəkistanla atırıq. Onsuzda xalqlarımız əbədi dostu idilər. Çünki Azərbaycan və Özbəkistan tarixinə baxsaq, bizim aramızda o qədər bağlantılar var. Bunu hətta biz Əlişir Nəvainin əsərlərində, digər özbək ədiblərin əsərlərində də görə bilərik".

Hikmət Hacıyev bildirib ki, tarixi əsnada mövcud olan Azərbaycan-Özbəkistan ədəbi dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır: "Yəni, bu səfər Azərbaycan üçün çox mühüm xarakter daşıyır. Çünki Azərbaycan və Özbəkistan ilk növbədə qardaş xalqlardır. Qardaş xalqlar olaraq bizim aramızdakı əlaqələr dövlət başçılarımızın səyləri nəticəsində müttəfiqlik xarakteri daşıyır və Özbəkistan-Azərbaycan münasibətləri bu gün həmkarlarımıza izah etdiyim kimi müttəfiqlikdən də yeni bir mərhələyə, əbədi dostluq münasibətləri səviyyəsinə qalxır. Bu gündən artıq siyasi müstəvidə bu əbədi dostluq xarakteri daşıyacaq. Ona görə də hesab edirik ki, bu səfər Azərbaycan-Özbəkistan qardaşlıq, müttəfiqlik və əbədi dostluq münasibətlərində yeni mərhələ olacaq. Qardaş Özbəkistana da bu qonaqpərvərliyə görə ayrıca təşəkkür edirik və eyni zamanda təbrik edirik. Özbəkistan mediasında cənab Prezidentin Özbəkistan-Azərbaycan əlaqələri ilə bağlı geniş bir müsahibəsi dərc edildi və cənab Prezident orada qeyd edib ki, biz hər dəfə Özbəkistana gələndə sevinirik".

Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıqdır. Hər iki dövlət türk dünyasının birliyinin möhkəmləndirilməsinə, regional sabitliyin və təhlükəsizliyin təmin olunmasına, qarşılıqlı hörmət və suverenlik prinsiplərinin qorunmasına böyük əhəmiyyət verir. Bu baxımdan iki ölkənin mövqelərinin bir çox məsələlərdə üst-üstə düşməsi beynəlxalq platformalarda qarşılıqlı dəstəyin daha da gücləndirilməsinə şərait yaradır. 23 avqust 2026-cı ildə prezident İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu səfər Azərbaycan–Özbəkistan müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, mövcud əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi və yeni birgə layihələrin müəyyənləşdirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər. Səfərin siyasi və iqtisadi gündəliyi iki ölkə arasında qarşılıqlı etimadın və strateji əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edən mühüm addımdır. Bütün bunlar göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, daha geniş regional kontekstdə mühüm əhəmiyyət daşıyır. İki ölkənin artan siyasi və iqtisadi potensialı, liderlər arasında yüksək səviyyəli qarşılıqlı etimad və xalqlar arasında mövcud olan tarixi-mədəni yaxınlıq münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ