Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniya kansleri Fridrix Mertsin təxminən bir aydır ictimaiyyət qarşısına çıxmaması və bununla bağlı Almaniya ictimai rəyində yaranan müzakirələrə münasibət bildirib.
Mertsin ictimai dəstəyi rekord həddə düşməsi fonunda təxminən bir aydır ictimaiyyətin qarşısına çıxmaması diqqət çəkir. Kanslerin köməkçiləri bunu "tətil" kimi izah edirlər.
Vəziyyəti şərh edən Zaxarova, Almaniya mediasının mövqeyini tənqid edib: "Buna baxmayaraq, Almaniya mediası hər gün Rusiya liderləri haqqında alman xalqına xəbərlər təqdim edir. Buna görə də, mənim yalnız bir məsləhətim var: öz problemlərinizə baxın".
Tahir TAĞIYEV