Təbii ki, Özbəkistana hər dəfə səfər edəndə artıq bir çox yerləri gəzmişəm, Daşkəndin necə gözəlləşdiyini, binaların, küçələrin və infrastrukturun necə yeni görkəm aldığını, bütün bu işlərin necə böyük zövqlə, böyük sevgi ilə və yüksək keyfiyyətlə görüldüyünün şahidi olmuşam.
Bu sözləri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə təltifetmə mərasimində bildirib.
Dövlətimizin başçısı deyib: “Əziz qardaşımın “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir, Özbəkistan paytaxtının gələcək inkişafı ilə bağlı onun vizyonunun nəticəsidir”.