İran parlamentinin xəbər agentliyinin rəhbəri Mehdi Rəhimi "Əl-Mayadeen" televiziyasına bildirib ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan İranı da "Məkkə Sazişi"nə qoşulmağa dəvət edib. Onun sözlərinə görə, Tehran hazırda təklifi araşdırır.
Region ölkələrinin regional təhlükəsizlik sisteminin yaradılması istiqamətində irəlilədiyini deyən Rəhimi bunu İranın qələbəsi adlandırıb, Tehran uzun müddətdir ki, belə bir mexanizmin formalaşdırılmasını müdafiə etdiuini bildirib: "Region ölkələri regional təhlükəsizlik sistemi tapmaq istiqamətində irəliləyir və bu, İran üçün qələbədir, çünki o, uzun müddətdir ki, buna çağırır".
O, həmçinin ABŞ-ın İranla iqtisadi qarşıdurmasında onu dəstəkləyən ölkələrə də xəbərdarlıq edib. Rəhimi konkret ad açıqlamadan bildirib ki, ABŞ-ı İrana qarşı iqtisadi müharibəsində dəstəkləyən hər kəs bunun bədəlini ödəyəcək.
Tahir TAĞIYEV