Cümə günü, 06 noyabr 2026
     

Füzulidə “Dostluq bağı”, Mirzə Uluqbəy məktəbi - Azərbaycanla Özbəkistanın qardaşlığının hələ çox simvolları olacaq…

Image


Prezident İlham Əliyevin Özbəkistana budəfəki dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında yeni və mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində tərəflər arasında müxtəlif əməkdaşlıq sahələrini əhatə edən bir sıra əhəmiyyətli sənədlərin imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan və Özbəkistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 220-yə yaxın sənəd imzalanıb, bir neçə sənəd layihələrinə baxılmaqdadır.

Bu səfərin əsas əhəmiyyəti yalnız ikitərəfli siyasi münasibətlərlə məhdudlaşmır. Azərbaycan və Özbəkistan iqtisadiyyat, nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı, investisiya, mədəniyyət və digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük imkanlara malikdir. Xüsusilə Orta Dəhliz çərçivəsində iki ölkənin nəqliyyat və logistika potensialının birləşdirilməsi regional əhəmiyyət daşıyır.

Prezidentin budəfəki dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin strateji əhəmiyyətini daha da artırır. Ümumiyyətlə iki ölkə arasında son illərdə formalaşan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri siyasi dialoqun yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir.

İki qardaş ölkə arasında münasibətlərin inkişaf strategiyasının qurulmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Onun 18-19 iyun 1997-ci ildə Özbəkistana rəsmi səfəri əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müyyənləşdirilməsində mühüm rol oynayıb. Səfər zamanı ikitərəfli münasibətlərin əsasını təşkil edən bir sıra vacib sənədlər imzalanıb.

Prezident İlham Əliyevin siyasi iradəsi və xüsusi diqqəti ilə Azərbaycan–Özbəkistan münasibətləri son illərdə sürətlə inkişaf edərək müttəfiqlik səviyyəsinə çatıb və bütün sahələr üzrə hərtərəfli əməkdaşlıq əlaqələri formalaşıb. Dövlət başçısının Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevlə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli şəxsi münasibətlərə malik olması bu əlaqələrin inkişaf dinamikasına mühüm təkan verir və əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Təsadüfi deyildir ki, son 5 ildə Prezident İ.Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Ş.Mirziyoyev də həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər edib.

Bu səfərlər zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” də daxil olmaqla çoxsaylı vacib sənədlər imzalanıb. Qeyd olunan səfərlər və imzalanmış sənədlər Azərbaycan-Özbəkistan əlaqələrinin hüquqi və siyasi əsaslarını daha da gücləndirib, əməkdaşlığın gələcək inkişafı üçün yeni imkanlar açıb.

Qarşılıqlı siyasi etimad, iqtisadi əməkdaşlıq və ortaq maraqlar iki ölkəni daha da yaxınlaşdırır. Bu münasibətlər təkcə Bakı və Daşkənd üçün deyil, bütövlükdə Türk dünyasının birliyi və regional əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Azərbaycan və Özbəkistanı tarixi-mədəni yaxınlıqla yanaşı, qarşılıqlı etimad və ortaq strateji maraqlar da birləşdirir. Dövlət başçılarının siyasi iradəsi bu münasibətləri sadəcə ikitərəfli əməkdaşlıq səviyyəsində deyil, Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən daha geniş regional tərəfdaşlıq modelinə çevirə bilər.

Bu baxımdan İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, yeni layihələrin reallaşdırılması və əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyan hadisədir. Azərbaycanın Özbəkistanla münasibətləri gələcəkdə türk dünyasının siyasi və iqtisadi birliyinin güclənməsinə də mühüm töhfə verə bilər.

Bu səfər iki qardaş ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi ilə yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi və iqtisadi körpünün daha da güclənməsinə xidmət edir. İki ölkə arasında əməkdaşlıq regionlararası inteqrasiyanın yeni imkanlarını formalaşdırır.

Özbəkistan Azərbaycan üzv olduqları bütün təşkilatlar çərçivəsində, xüsusilə də BMT, İƏT, TDT, AQEM, Qoşulmama Hərəkatı, Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının Məşvərət Görüşü və digər beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlıq edirlər.

Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması prosesində ilk mühüm dəstək göstərən ölkələrdəndir. Xüsusilə Füzulidə Özbəkistanın təşəbbüsü ilə inşa edilən 960 şagird yerlik məktəb iki qardaş ölkə arasındakı həmrəyliyin rəmzinə çevrilib. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev şəxsən iştirak ediblər. Prezident İlham Əliyev də bu layihəni Azərbaycanla Özbəkistan arasındakı qardaşlığın rəmzi kimi qiymətləndirib.

Bu əməkdaşlıq yalnız tikinti layihələri ilə məhdudlaşmır. Özbəkistan tərəfi ilə işğaldan azad edilmiş Füzuli rayonunda 100 hektar ərazidə nar bağının salınması nəzərdə tutulur. “Dostluq bağı” adlı layihə çərçivəsində həm özbək, həm də Azərbaycan nar sortunun yetişdirilməsi planlaşdırılır. 2024-cü ildə layihənin onlayn formada təməlqoyma mərasimi keçirilib. Bu il mayın 4-də isə Özbəkistanın kənd təsərrüfatı naziri “Dostluq bağı”na səfər edib. Hazırda, layihənin icrası istiqamətində işlər həyata keçirilir

Füzulidə salınan 100 hektarlıq “Dostluq bağı”, sənaye və avtomobil istehsalı sahəsində əməkdaşlıq göstərir ki, iki ölkənin əməkdaşlığı artıq bərpa-quruculuqdan iqtisadi inkişaf mərhələsinə keçir.

Digər tərəfdən, Özbəkistanın Qarabağın dirçəldilməsinə verdiyi töhfə Azərbaycan–Özbəkistan münasibətlərinin səmimiliyini və müttəfiqlik ruhunu nümayiş etdirir. Qarabağın yenidən qurulması prosesində bu dəstək iki ölkənin qardaşlığının praktik ifadəsidir.

Prezident İlham Əliyevin bu dəfəki səfəri Azərbaycan–Özbəkistan qardaşlığının möhkəmləndirilməsi ilə yanaşı, Özbəkistanın Qarabağın gələcək inkişafında daha fəal iqtisadi və sosial tərəfdaş kimi iştirakının yeni imkanlarını da ortaya qoyur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ