Rusiyada Azərbaycan diasporunun daha bir lideri saxlanılıb. Yerli medianın məlumatına görə, avqustun 21-də Permdə saxlanılan Azərbaycan vətəndaşı Ruslan Məmmədova qarşı cinayət işi açılıb.
Bildirilir ki, onun saxlanması əməliyyatı Rusiya Milli Qvardiyasının dəstəyi ilə Federal Təhlükəsizlik Xidmətinin (FSB) Perm İdarəsi tərəfindən həyata keçirilib.
FSB-nin məlumatına görə, milli diasporun lideri olan R.Məmmədov, şəxsiyyəti açıqlanmayan hüquq-mühafizə orqanlarının əməkdaşlarına pul mükafatı müqabilində Perm sakininin cinayət təqibini qanunsuz olaraq dayandırmağı təklif edib.
Rusiya İstintaq Komitəsi hazırda Cinayət Məcəlləsinin 291.1-ci maddəsinin 5-ci hissəsi ilə cinayət işi açıb və məsələni araşdırır.
KİV-in məlumatına görə, Məmmədovun 2076-cı il iyunun 4-dək Rusiyaya girişi qadağan edilib.
Tahir TAĞIYEV