Ukrayna hakimiyyəti və yerli medianın məlumatına görə, avqustun 21-də Rusiya qoşunlarınn Krivoy Roqdakı ticarət mərkəzinə iki dəfə dronlarla hücum etməsi nəticəsində ölən və yaralananların sayı artıb.
Açıqlanan son məlumatlara görə, zərbələr nəticəsində 14 nəfər həlak olub, 22-si uşaq da daxil olmaqla daha 121 nəfər yaralanıb.
Ukrayna Prezidenti Zelenskinin sözlərinə görə, hazırda ticarət mərkəzinə edilən hücumdan sonra Krivoy Roqda xilasetmə əməliyyatı davam edir.
"Bir neçə Rusiya dronu hücuma məruz qaldı. Hədəf, gizli. Bir-birinin ardınca" – deyə Zelenski bildirib.
Ölən və yaralanan mülki şəxslərin sayını açıqlayan Ukrayna Prezidenti, hücumu vəhşilik adlandırıb: “Bu, rusların vəhşiliyidir. Onlar sadəcə canavarlardır. Buna mütləq cavab verəcəyik.
O, dünyanı da bu hücuma səssiz qalmamağa çağırıb: “Dünya buna səssiz qalmamalıdır. Bu Rusiya müharibəsi bitməlidir və dünya bizə kömək etməlidir".
Tahir TAĞIYEV