İran bir neçə İraq neft tankerinin Hörmüz boğazından keçməsinə icazə verib. IRNA xəbər verir ki, bu barədə İranın İraqdakı səfiri bildirib.
İcazə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafın İraqa səfəri zamanı elan edilib. Onun iraqlı həmkarı Heybət əl-Halbusi İraqın iqtisadi maraqlarını qorumaq üçün tankerlərin keçməsinə icazə verməsini istəyib.
Lakin neçə İraq tankerinin keçid icazəsi alacağını, nə vaxt baş verəcəyini və ya nə qədər müddətə davam edəcəyini açıqlanmayıb.
ABŞ Prezidenti Tramp avqustun 12-də Hörmüz boğazına “tam nəzarətin” ABŞ-da olduğunu və Vaşinqtonun boğazı açıq saxladığını bildirmişdi. İran isə boğazın açılmadığını və hərəkətə nəzarətin öz əlində olduğunu bildirir.
Lakin İranın İraq neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verməsi və son günlərdəki vəziyyət Trampın iddialarının reallıqla tam uyğun gəlmədiyini göstərir.
Deməli, Hörmüz məsələsində əsas mənzərə artıq aydındır: ABŞ hərbi gücünü nümayiş etdirir, lakin İran boğazdakı keçidlərə ciddi təsir imkanını qoruyur. Trampın “tam nəzarət” bəyanatı isə mövcud gəmiçilik göstəriciləri fonunda daha çox siyasi mesaj təsiri bağışlayır.
Hörmüzün taleyi bu gün yalnız İran-ABŞ qarşıdurmasının deyil, dünya enerji bazarının da əsas məsələlərindən biridir. Çünki boğazdan normal gəmiçilik bərpa olunmadan “tam nəzarət” haqqında danışmaq olduqca çətindir.
Onu da qeyd edək ki, İran ABŞ-la davam edən münaqişə səbəbindən Hörmüz boğazından gəmiçiliyi məhdudlaşdırıb. Strateji cəhətdən əhəmiyyətli bu su yolu adətən dünya dəniz neft ticarətinin təxminən beşdə birini həyata keçirir.
ahir TAĞIYEV