İsrail dronla Dəməşqdə bir nəqliyyat vasitəsini hədəfə alıb.
Suriya xəbər agentliyi SANA-nın məlumatına görə, İsrailin pilotsuz təyyarəsinin Dəməşq ətrafındakı Beyt Cin qəsəbəsində bir avtomobili hədəf alması nəticəsində bir mülki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Ötən çərşənbə axşamı İsrail qüvvələri qərbi Dara kəndindəki Yarmuk hövzəsi ərazisini artilleriya mərmisi ilə hədəfə alıb, lakin xəsarət alan olmayıb.
Tahir TAĞIYEV