Rusiya Krivoy Roqun ən böyük ticarət mərkəzinə iki dəfə ard-arda zərbə endirib. Ukrayna mediasının məlumatına görə, avqustun 21-də Rusiya qoşunları Krivoy Roqun ən böyük ticarət və əyləncə mərkəzinə hücum edərək böyük yanğına və ölümlərə və çoxsaylı xəsarətlərə səbəb olub.
Hücum dronlarla həyata keçirilib. Birinci hücumdan qısa müddət sonra ticarət mərkəzinə reaktiv mühərrikli “Shahed” dronu tərəfindən təkrar hücum olub. Onlar olduqca aşağı hündürlükdə uçurlar.
Ticarət mərkəzinin içərisindəki mağazalar yanır.
Zərbələr nəticəsində beş nəfər həlak olub, 91 nəfər yaralanıb, onlardan 6-sı uşaqdır. Qeyd edilir ki, yaralılardan 21-i, o cümlədən bir uşaq ağır vəziyyətdədir. İtkilərin sayının yenidən arta biləcəyi barədə xəbərdarlıq edilib.
Tahir TAĞIYEV