İran prezidenti Məsud Pazeşkian müharibəni artıq bitirməyə çağırıb. Bütün dünyayanın İranın qələbəsini qəbul etdiyini deyən Pazeşkian, hərbi və diplomatik baxımdan üstün mövqedə olduqlarını bildirib.
Pezeşkian "Güc və nüfuz baxımından üstün mövqedəyik, müharibəni indi bitirmək daha yaxşı olar" deyərək sülhə və birliyə çağırıb.
Pezeşkyan İranın hazırkı mövqeyinin müharibəyə son qoymaq üçün ən əlverişli vaxtı olduğunu bildirib: "Müharibəni indi bitirsəydik, daha yaxşı olardı. Çünki güc və nüfuz baxımından üstün mövqedəyik və bütün dünya qələbəmizi qəbul edir. Hakimiyyətdə olduğumuz və hörmət etdiyimiz üçün müharibəni indi bitirməliyik. Bu gün ölkəmizdəki bütün fikir ayrılıqlarının və bölünmələrin kökü eqo və eqoizmdən başqa bir şey deyil. Fərqli fikirləri qəbul etməliyik; bir yerdə olduğumuz zaman güclü olduğumuzu və fikir ayrılığımız olduqda məhv olacağımızı anlamalıyıq".
Pezeşkian daxili bazardakı subsidiya balanssızlığına və iqtisadi çətinliklərə də toxunaraq dövlət büdcəsindəki itkilərə diqqət çəkib. Benzin qiymətləri vasitəsilə dövlət resurslarından səmərəsiz istifadəni tənqid edən Pezeşkian, hökumətin əsas diqqətinin insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlməli olduğunu deyib: "Kim deyir ki, hökumət 130 min tüman dəyərində benzin alıb sonra 1500 tomana satmalıdır? Nəticədə, ərzaq vauçerlərinin dəyərinin artması, buğda istehsalçılarına ödənişlər, sığorta, işçilərin dolanışığı və təqaüdçülərin və dövlət qulluqçularının yaşayış şəraiti ilə bağlı ciddi problemlərlə üzləşirik. Bu ölkədə məsuliyyətli bir şəxs olmağıma baxmayaraq, bəzi insanların dolanışıq, sağlamlıq və tibbi xərclərlə mübarizə aparması mənim üçün qəbuledilməzdir."
Tahir TAĞIYEV