Bazar günü günü, 22 noyabr 2026
     

Tarixə söykənən, zamanla güclənən Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ... - Aydın QULİYEV yazır

Image


Bəşər tarixi sübut edir ki, bəzi dövlətlər arasında münasibətləri yalnız diplomatik sənədlər və rəsmi görüşlərlə ölçmək mümkün deyil. Elə əlaqələr var ki, onların təməlində tarix, mədəniyyət, mənəvi yaxınlıq və xalqların bir-birinə olan rəğbəti dayanır. Türk dünyasında yer alan ölkələr bunun ən yaxşı nümunələri qismində yer alır. Burada konkret misal kimi Azərbaycan və Özbəkistan münasibətlərini qeyd edilənlərə əyani nümunə göstərmək mümkündür.

Son illərdə iki qardaş ölkə arasında əlaqələrin sürətli inkişafı, siyasi dialoqun intensivləşməsi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsi münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarıb. 2024-cü il avqustun 23-də Daşkənddə Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistandan olan həmkarı Şavkat Mirziyoyev tərəfindən “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması isə bu tarixi inkişafın ən mühüm nəticəsi oldu. Bu sənəd, əslində, illər ərzində formalaşmış qarşılıqlı etimadın hüquqi-siyasi ifadəsidir. Azərbaycan və Özbəkistanı birləşdirən amillər çoxşaxəlidir: ortaq türk kökləri, tarixi-mədəni bağlar, dil və mənəvi dəyərlər, qədim İpək Yolunun yaratdığı əlaqələr və xalqlar arasında möhkəm dostluq münasibətləri. Bu baxımdan müttəfiqlik münasibətləri təsadüfi siyasi qərar deyil, təbii və ardıcıl inkişafın məntiqi nəticəsidir. Son illərin diplomatik fəallığı bu münasibətlərin dinamik xarakterini açıq şəkildə göstərir. Dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm təmasları siyasi dialoqa xüsusi impuls verib. 2024-cü ilin avqustunda Daşkənddə keçirilən ilk Ali Dövlətlərarası Şuranın iclası da bu baxımdan mühüm hadisə oldu. Eyni səfər çərçivəsində iqtisadiyyat, investisiya, əmək fəaliyyəti, təhsil, elm, mədəniyyət, turizm və digər sahələri əhatə edən bir sıra sənədlərin imzalanması əməkdaşlığın yalnız siyasi bəyanatlardan ibarət olmadığını, konkret layihələr və mexanizmlərlə möhkəmləndiyini nümayiş etdirdi. Azərbaycan prezidenti Özbəkistana yeni səfəri ərəfəsində bu ölkənin Milli İnformasiya Agentliyinə müsahibəsində bir daha bu məqama toxunub: “İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb”. Təbii ki, burada iki lider arasında münasibətlərin də öz rolu var. Azərbaycan prezidenti bu fonda qeyd edir: “Özbəkistan Respublikasının prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb”.

Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. İki ölkənin iqtisadiyyatlarının bir-birini tamamlayan imkanları genişdir. Sənaye, energetika, kənd təsərrüfatı, tekstil, nəqliyyat, logistika və investisiya sahələrində birgə layihələrin reallaşdırılması üçün ciddi potensial mövcuddur. 2024-cü ildə Daşkənddə dövlət başçılarının iştirakı ilə keçirilən biznes görüşündə hər iki ölkənin aparıcı şirkətlərinin nümayəndələrinin bir araya gəlməsi də biznes dairələrinin siyasi iradəni real iqtisadi əməkdaşlığa çevirməkdə maraqlı olduğunu göstərdi. Bu əməkdaşlığın xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Xəzər üzərindən Mərkəzi Asiyanı Avropa ilə birləşdirən imkanları, Özbəkistanın isə Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzlərindən biri olması iki ölkənin tranzit potensialını artırır. Orta Dəhlizin inkişafı fonunda Bakı ilə Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə regionun iqtisadi əlaqələrinin güclənməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlər də Özbəkistan tərəfindən xüsusi diqqətlə qarşılanır. Özbəkistanın Füzulidə məktəb tikintisi kimi layihələrlə Qarabağın bərpasına verdiyi töhfə iki ölkə arasındakı münasibətlərin siyasi çərçivədən kənara çıxaraq qardaşlıq və həmrəylik xarakteri daşıdığını göstərir. Bu məqam xüsusilə önəmlidir. Çünki əsl dostluq yalnız xoş günlərdə deyil, çətin və məsuliyyətli dövrlərdə göstərilən dəstəklə ölçülür. Qarabağın yenidən qurulması prosesində Özbəkistanın iştirakı Azərbaycan xalqında xüsusi rəğbət doğurub. Füzulidə Mirzə Uluqbəy adına məktəbin yaradılması iki xalqın gələcəyə birlikdə baxışının rəmzinə çevrilib. Müttəfiqlik münasibətləri həm də regional proseslərə daha geniş prizmadan baxmağa imkan verir. Azərbaycan və Özbəkistan türk dünyasının iki mühüm dövləti kimi Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın dərinləşməsinə töhfə verirlər. Ümumiyyətlə, bu gün Azərbaycan-Özbəkistan əlaqələrinə nəzər salarkən aydın görünür ki, söhbət artıq sadəcə strateji tərəfdaşlıqdan getmir. 2024-cü ildə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə münasibətlərin ən yüksək siyasi səviyyəyə yüksəldiyini rəsmiləşdirdi. Ardınca müxtəlif sahələrdə imzalanan yol xəritələri və əməkdaşlıq proqramları müttəfiqliyin praktiki məzmununu gücləndirdi. Azərbaycan və Özbəkistanın bugünkü müttəfiqliyi isə göstərir ki, ortaq tarixə söykənən dostluq siyasi iradə və qarşılıqlı etimadla birləşdikdə böyük regional əməkdaşlıq gücünə çevrilir.

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ