ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ-ın İrana iqtisadi təzyiqi artırmaq planları hərbi əməliyyatların bərpasından imtina etmək demək deyil. Bu barədə Amerika lideri Merilenddəki Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərin hərbi əməliyyatların davam etdirilməsi ehtimalını istisna edib-etməyəcəyi sualına cavab olaraq bildirib. Tehrana qarşı iqtisadi tədbirlər hazırlamağın səbəbləri barədə danışan Tramp deyib: "Bunun hara aparacağını görmək istəyirik". O, İranın hazırda ciddi iqtisadi çətinliklərlə üzləşdiyi fikrini təkrarlayıb. "Onlar razılaşma istəyirlər, amma lazım olduğunu düşündüyüm razılaşmanı yox"- o deyib. Qeyd edək ki, bu həftənin əvvəlində ABŞ Maliyyə naziri Skott Bessent İrana iqtisadi təzyiqə keçidin ABŞ-ın hərbi əməliyyatları bərpa etməyəcəyi anlamına gəldiyini bildirmişdi.
Bessentin bazar ertəsi günü mətbuat konfransı keçirəcəyi və vəziyyəti aydınlaşdıracağı gözlənilir.
SAMİRƏ