İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi ABŞ-ı sanksiyaları ləğv etməyə, İranın dondurulmuş aktivlərini azad etməyə, dəniz blokadasına son qoymağa və bölgədən çıxmağa "zorla" məcbur edəcəklərini deyib.
"ABŞ diplomatiyanın dilini başa düşmədiyini sübut edib. Onlar nə sanksiyaları qaldıracaq, nə İranın sərvətlərini azad edəcək, nə də dəniz piratçılığına son qoyacaqlar" deyən Əzizi sosial media hesabında paylaşdığı mesajda, ABŞ-ı bu şeyləri etməyə məcbur edəcəklərini iddia edib: "Lakin tarix göstərəcək ki, güc dili onu təkcə bu addımları atmağa deyil, həm də böyük İran xalqından üzr istəməyə və bölgədən əbədi olaraq çəkilməyə məcbur edəcək".
Tahir TAĞIYEV