Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

Image


Cənubi Koreya Prezidenti Li Çje Men ABŞ Prezidenti Donald Trampın Şimali Koreya ilə dialoq üçün şərait yaratmaq məqsədilə ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin miqyasının azaldılması qərarını dəstəkləyib.

Li Çje Men bildirib ki, Trampın bu addımı Koreya yarımadasında düşmənçilik və qarşıdurmadan kənar sülh yaratmaq istiqamətində ciddi niyyətini əks etdirir. Cənubi Koreya lideri Trampın Şimali Koreya ilə dialoq üçün şərait yaratmaq səylərini bölüşdüyünü və bu məqsədlə ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin azaldılmasını başa düşdüyünü vurğulayıb. O, ABŞ prezidentinin sülh səylərini dəstəkləyəcəyini və bu istiqamətdə əməkdaşlığı davam etdirəcəyini bildirib.

Tramp daha əvvəl ABŞ və Cənubi Koreyanın hər il keçirdiyi “Ulchi Freedom Shield” hərbi təlimlərinin miqyasının azaldılmasına göstəriş verib. ABŞ prezidenti təlimlərin kifayət qədər baha başa gəldiyini və onların əhəmiyyətli hissəsinin maliyyə yükünün ABŞ-ın üzərinə düşdüyünü bildirib. Tramp eyni zamanda bu təlimlərin Şimali Koreyaya qarşı lazımsız və düşmənçilik xarakterli mesaj göndərdiyini vurğulayıb.

Təlimlərin əvvəlcə avqustun 17-dən 27-dək keçirilməsi planlaşdırılırdı. Lakin sonradan ABŞ və Cənubi Koreya təlimlərin avqustun 21-də başa çatdırılması barədə qərar qəbul ediblər.

Trampın bu qərarı Seul üçün müəyyən suallar və narahatlıqlar da yaratsa da, Cənubi Koreya Prezidenti Li Çje Men ABŞ liderinin mövqeyini açıq şəkildə dəstəkləyib. O, hərbi təlimlərin azaldılmasını yalnız hərbi məsələyə deyil, Şimali Koreya ilə münasibətlərin yumşaldılması və danışıqlar üçün yeni imkanların yaradılması baxımından qiymətləndirib.

Beləliklə, Seulun mövqeyində əsas diqqət hərbi təzyiqin artırılmasından daha çox, Pxenyanla dialoqun bərpasına və Koreya yarımadasında gərginliyin azaldılmasına yönəlir. Bununla yanaşı, ABŞ-Cənubi Koreya hərbi ittifaqının əsas mexanizmlərindən biri hesab olunan birgə təlimlərin miqyasının azaldılması Vaşinqtonun Şimali Koreya ilə münasibətlərdə daha yumşaq və diplomatik xəttə üstünlük verdiyini göstərən mühüm addım kimi qiymətləndirilə bilər.

Donald Trampın ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərini əvvəlcədən Seulu tam məlumatlandırmadan azaltması və bunu Şimali Koreya ilə dialoq, həmçinin Kim Çen Inla şəxsi münasibətləri ilə əlaqələndirməsindən sonra Cənubi Koreya Prezidenti Li Çje Menin bu qərarı dəstəkləməsinin əsas səbəbi nədir? Seul Trampın Şimali Koreya ilə münasibətləri yumşaltmaq siyasətindən real nəticə gözlədiyi üçün bu mövqeyi tutur, yoxsa ABŞ-dan təhlükəsizlik baxımından asılılığı nəzərə alaraq Trampı açıq şəkildə qarşısına almaq istəmir? Bu dəstək Cənubi Koreyanın ABŞ-ın təhlükəsizlik zəmanətinə əvvəlki qədər arxayın olmadığını və Seulun öz hərbi imkanlarını gücləndirməyə çalışdığını göstərirmi?

Yusif Bağırzadə: "Seul Trampın siyasətini dəstəkləməklə ABŞ-la strateji münasibətləri qoruyur, eyni zamanda Pxenyanla dialoq üçün imkan axtarır"

Yusif Bağırzadə AMİP sədrliyindən və partiyadan istefa verib

Keçmiş deputat, siyasi şərhçi Yusif Bağırzadə “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Cənubi Koreyanın ABŞ Prezidenti Donald Trampın Şimali Koreya ilə münasibətlər fonunda hərbi təlimlərin azaldılması siyasətinə müsbət yanaşması bir neçə amillə bağlıdır. Onun sözlərinə görə, Seul üçün burada həm diplomatik imkanlardan yararlanmaq, həm də Vaşinqtonla strateji münasibətlərdə əlavə risk yaratmamaq məqsədi dayanır. Lakin hazırkı mərhələdə birinci amil, yəni Şimali Koreya ilə dialoqun yenidən canlandırılması Cənubi Koreya Prezidenti Li Çje Men administrasiyası üçün daha fəal motiv kimi görünür.

Ekspertin fikrincə, Li Çje Men dəfələrlə ABŞ–Şimali Koreya dialoqunun bərpasının Cənubi Koreyanın təhlükəsizlik maraqlarına uyğun olduğunu nümayiş etdirib. Trampın hərbi təlimlərin azaldılmasını Kim Çen Inla münasibətlərin yaxşılaşdırılması və mümkün diplomatik təmaslarla əlaqələndirməsi Seul üçün müəyyən mənada arzuolunan istiqamətdir. Çünki Li administrasiyası əvvəlki hökumətdən fərqli olaraq Koreya yarımadasında gərginliyin azaldılmasına, Pxenyanla dialoqun bərpasına və hərbi qarşıdurma riskinin aşağı salınmasına daha çox üstünlük verir.

Bu baxımdan ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin miqyasının azaldılması Seulun siyasi xətti ilə müəyyən qədər üst-üstə düşür. Lakin bu, Cənubi Koreyanın Trampın strategiyasının mütləq nəticə verəcəyinə inandığı anlamına gəlmir. Əksinə, Seul hesab edir ki, diplomatik kanalın açılması və Pxenyanla təmas imkanlarının yaranması hərbi gərginliyin artmasından daha faydalıdır.

Burada ikinci mühüm amil ABŞ-la münasibətlərdir. ABŞ Cənubi Koreyanın əsas təhlükəsizlik dayağı olaraq qalır və Seulun Vaşinqtonla açıq qarşıdurmaya getməsi praktiki baxımdan məntiqli deyil. Buna görə də Li administrasiyası Trampın qərarını sərt şəkildə tənqid etmək əvəzinə, onu diplomatik prosesin bir hissəsi kimi təqdim etməyə üstünlük verir. Bu, əslində, Cənubi Koreyanın yeni reallığa uyğunlaşmaq cəhdidir: Seul bir tərəfdən ABŞ-la strateji müttəfiqliyi qorumaq, digər tərəfdən isə öz təhlükəsizlik siyasətində daha çox müstəqillik qazanmaq istəyir.

Xüsusilə hərbi təlimlərin miqyasının azaldılması qərarının Seulla tam məsləhətləşmədən qəbul edilməsi Cənubi Koreyada müəyyən narahatlıq yarada bilər. Çünki ABŞ-ın hərbi varlığı və birgə təlimlər uzun illərdir Şimali Koreyanın mümkün hücumuna qarşı əsas çəkindirmə mexanizmlərindən biri hesab olunur. Buna görə Seul üçün əsas məsələ təlimlərin azaldılmasının özü deyil, bunun ABŞ-ın Cənubi Koreyaya təhlükəsizlik öhdəliyinin zəifləməsinə çevrilməməsidir.

Yusif Bağırzadə hesab edir ki, burada daha uzunmüddətli tendensiya da müşahidə olunur. Seul artıq yalnız ABŞ-ın təhlükəsizlik zəmanətinə arxalanmağın kifayət etməyəcəyini nəzərə alır və öz hərbi imkanlarını gücləndirməyə çalışır. Li administrasiyasının milli müdafiə imkanlarının artırılması, Cənubi Koreyanın öz ordusunun rolunun genişləndirilməsi və müharibə zamanı əməliyyat nəzarətində daha böyük məsuliyyət götürməsi ilə bağlı mövqeyi də bunun göstəricisidir.

Bu mənada ABŞ-ın hərbi təlimləri azaltması Cənubi Koreya üçün müəyyən paradoks yaradır. Bir tərəfdən, təlimlərin azalması Pxenyanla dialoq üçün əlverişli siyasi atmosfer yarada bilər. Digər tərəfdən isə Seul ABŞ-ın hərbi çəkindiriciliyinin zəifləməsini istəmir. Buna görə Cənubi Koreya paralel strategiya yürütməyə çalışır: ABŞ-ın nüvə və hərbi təhlükəsizlik zəmanətinin qorunması, eyni zamanda milli müdafiə imkanlarının gücləndirilməsi və Şimali Koreya ilə diplomatik kanalın açıq saxlanılması.

Ekspert vurğulayır ki, Pxenyanın davranışı da Trampın strategiyasının nə qədər effektiv olacağı barədə ehtiyatlı olmağa əsas verir. ABŞ-ın təlimləri azaltmaq qərarından sonra Şimali Koreyanın avqustun 20-də təxminən 10 qısamənzilli ballistik raket buraxması göstərir ki, Pxenyan hələlik bu addımı kifayət qədər ciddi güzəşt kimi qəbul etmir. Bu isə Trampın Kim Çen Inla şəxsi münasibətlərinə və diplomatik yanaşmasına əsaslanan siyasətin avtomatik olaraq nəticə verəcəyini söyləməyə imkan vermir.

Əslində, Şimali Koreyanın məqsədi təkcə ABŞ-Cənubi Koreya təlimlərinin dayandırılması olmaya bilər. Pxenyan uzun müddətdir öz nüvə və raket proqramını ABŞ və Cənubi Koreyaya qarşı əsas çəkindirmə vasitəsi kimi təqdim edir. Buna görə də Vaşinqtonun müəyyən güzəştləri qarşılığında Pxenyanın hansı səviyyədə geri addım atacağı əsas sual olaraq qalır.

Digər tərəfdən, ABŞ üçün də məsələ yalnız Şimali Koreya ilə münasibətlərdən ibarət deyil. Vaşinqtonun Hind-Sakit okean regionunda Çinlə strateji rəqabəti davam edir. Buna görə Cənubi Koreya və Yaponiya ilə hərbi əməkdaşlığın zəifləməsi ABŞ-ın regional çəkindirmə strategiyasına təsir göstərə bilər. Seul da bu amili nəzərə alaraq ABŞ-la münasibətləri qorumaqda maraqlıdır.

Beləliklə, Cənubi Koreyanın Trampın qərarına dəstəyi tam və şərtsiz siyasi razılıq kimi qiymətləndirilməməlidir. Seul daha çox yaranmış vəziyyətdən öz təhlükəsizlik maraqları üçün istifadə etməyə çalışır. Əgər hərbi təlimlərin azaldılması Pxenyanla real dialoqa gətirib çıxararsa, bu, Li administrasiyası üçün ciddi diplomatik uğur ola bilər. Əksinə, Şimali Koreya təxribatlarını davam etdirərsə, Seulun öz hərbi imkanlarını daha sürətlə artırması və ABŞ-dan daha güclü təhlükəsizlik təminatları tələb etməsi ehtimalı yüksələcək.

Bu baxımdan, qarşıdakı dövr Cənubi Koreya üçün iki istiqamətdə sınaq olacaq. Bir tərəfdən Pxenyanla dialoq üçün imkan yaranıb-yaranmayacağı, digər tərəfdən isə ABŞ-ın təhlükəsizlik zəmanətinin əvvəlki səviyyədə qorunub-qorunmayacağı müəyyənləşməlidir. Seulun hazırkı ehtiyatlı mövqeyi göstərir ki, Cənubi Koreya bu iki istiqamətdən heç birini qurban vermək niyyətində deyil.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ