Ukrayna Prezidenti Zelenski ABŞ administrasiyasının oktyabrın sonuna qədər Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında yeni üçtərəfli görüş təklif etdiyini açıqlayıb.
Zelenski Ukraynanın belə bir görüşə hazır olduğunu bildirib və danışıqların Birləşmiş Ərəb Əmirliklərində və ya ABŞ-ın təklif etdiyi başqa bir ölkədə keçirilə biləcəyini deyib.
“Bilirəm ki, Amerika tərəfi bunu Rusiyaya təklif edəcək və ya artıq təklif edib. Cavab gözləyəcəyik”, - deyə Zelenski bildirib və əlavə edib ki, görüşün texniki səviyyədə keçirilməsi planlaşdırılır.
Tahir TAĞIYEV