Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökuməti genişmiqyaslı Husi hücumunu dəf etmək üçün səfərbər olarkən, Pakistandan mühüm bir hərbi addım gəlib.
İslamabad hökuməti, Husilərin irəliləyişinin qarşısını almaq üçün Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumətinə dörd yük təyyarəsi ilə silah və hərbi texnika göndərib.
Ədən liman şəhərinə gələn hərbi paket hava hücumundan müdafiə sistemləri, yüngül artilleriya qurğuları, PUA-lar və PUA əleyhinə sistemlərdən ibarətdir.
Hərbi avadanlıq dəstəyi ilə yanaşı, Pakistan hərbi məsləhətçilərinin də Səudiyyə Ərəbistanı həmkarları ilə birlikdə Yəmən qüvvələrini fəal şəkildə dəstəklədiyi bildirilir.
Qərb və ərəb rəsmiləri də Səudiyyə Ərəbistanının Husilərin Qırmızı dəniz sahillərinə nəzarəti tamamilə ələ keçirməsinin qarşısını almaq üçün genişmiqyaslı əməliyyat hazırladığını bildiriblər.
Tahir TAĞIYEV