ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın İrkutsk vilayətində şübhəli vəba epidemiyası və laboratoriya işçisinin ölümü səbəbindən görülən karantin tədbirlərini yaxından izləyir.
Axios-a danışan Ağ Ev rəsmisi bildirib ki, administrasiya epidemiyadan xəbərdardır, vəziyyəti izləyir və variantları dəyərləndirir.
Qeyd edək ki, sentyabrın 25-də 28 yaşlı Daria Şipilovanın pnevmonik taun patogeni olan sınaq şüşəsini sındırdığı, sentyabrın 29-da ağır pnevmoniya simptomları ilə xəstəxanaya yerləşdirildiyi və oktyabrın 1-dən 2-nə keçən gecə vəfat etdiyi bildirilir.
Onun ölümündən sonra bölgədəki bəzi səhiyyə müəssisələrində karantin tədbirləri tətbiq edilib və Şipilova ilə təmasda olan təxminən 200 nəfər tibbi müşahidə altına alınıb. Rusiya səhiyyə orqanları hələlik ölüm səbəbi kimi vəba xəstəliyini təsdiqləməsə də, onun "naməlum səbəbdən pnevmoniya" keçirdiyini və vəba ilə əlaqəli heç bir mikroorqanizm tapılmadığını bildiriblər.
Tahir TAĞIYEV