BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş Səudiyyə Ərəbistanında təcili eniş edən "Flydubai" təyyarəsində baş verən hadisəni terror aktı kimi qiymətləndirib.
"Hindistanlı “Flydubai” pilotu Smit Maçhar təhlükəli terror hücumu və potensial fəlakət qarşısında göstərdiyi cəsarət və məsuliyyətə görə dərin təşəkkürə layiqdir" - Qarqaş X-də yazıb. BƏƏ prezidentinin müşaviri ekstremizm və terrorizm təhlükəsinə qarşı davamlı ayıq-sayıq olmağa çağırıb.
Tahir TAĞIYEV