ABŞ dövlət katibi Marko Rubio sentyabrın 28-də ikitərəfli sülh danışıqları çıxılmaz vəziyyətə düşdükdən sonra İranın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı (BMT BA) nümayəndə heyətindən dərhal ölkəni tərk etməsini tələb edib.
"Bazar ertəsi səhəri Ağ Ev həmin günün sonunda İranla danışıqlarda irəliləyişin ola biləcəyinə inanırdı. Lakin günün sonuna qədər danışıqların çıxılmaz vəziyyətə düşdüyü məlum oldu" – deyə “Axios” mənbələrə istinadən bildirib.
Portalın mənbəyinin məlumatına görə, həmin axşam Rubionun əmrlərindən sonra ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi İran tərəfinə İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətinin dərhal Nyu-Yorku tərk etməsinin zəruriliyi barədə məlumat verib. Bir neçə saat sonra nümayəndə heyəti hava limanına yola düşüb və oradan Dohaya gediblər.
Tahir TAĞIYEV