İsrailin Baş naziri Benyamin Netanyahunun maraqlı karikaturası yayılıb.
Karikaturada Netanyahu başında kipa və qolunda Davud ulduzu olan sarğı ilə təsvir edilib. O, Fələstin bayrağı sərilmiş tabutu nasistlərin (Achwitz) ölüm düşərgəsinin üstündə məşhur "Arbeit Macht Frei" (Əmək azad edir) şüarı yazılmış krematoriya sobasına itələyir. Bu rəsm beynəlxalq səviyyədə, xüsusən də insan haqları və yəhudi təşkilatları (məsələn, B'nai B'rith) tərəfindən kəskin şəkildə pislənilib. Müasir İsrail siyasətinin Nasist Almaniyasının Holokost soyqırımı ilə müqayisə edilməsi və antisemit (yəhudi əleyhinə) simvollardan istifadə olunması böyük qalmaqala və rəssamın fəaliyyət göstərdiyi media qurumlarından kənarlaşdırılması tələblərinə səbəb olub.
SAMİRƏ