Cümə günü, 16 oktyabr 2026
     

Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

Image


Məzahir Məmmədli: “Kolleclərə qəbul sayının az olması müasir əmək bazarının tələbləri ilə əlaqədardır”

Vaxt vardı ki, gənclərin kolleclərə marağı çox böyük idi və bu təhsil ocaqlarına kütləvi axın vardı. Amma son illərin müşahidələri və statistika göstərir ki, gənclərin kolleclərə marağı kəskin şəkildə aşağı düşüb. 2026-cı ilin qəbul statistikası göstərir ki, kolleclərdə yüzlərlə yer boş qalıb və bəzi bazalarda plan yerləri azaldılıb. Ekspertlərə görə, bu isə orta ixtisas təhsilində müəyyən struktur problemlərinin olduğunu təsdiqləyir. Bununla belə, vəziyyət bütün ixtisaslara eyni dərəcədə aid deyil və fərqli təhsil bazalarında fərqli meyllər müşahidə olunur.

Cari ilin statistik mənzərəsinə (2026) baxaq.

Plan yerlərinin dinamikası belədir: Ümumi (9 illik) orta təhsil bazasında plan yerləri ötən illə müqayisədə azaldılaraq 6210 səviyyəsinə endirilib (ötən il 8144 idi). Tam (11 illik) orta təhsil bazasında isə ümumi plan yeri artırılaraq 18 487 olub.

Boş qalan yerlər: Keçirilən əsas və əlavə yerləşdirmə mərhələlərindən sonra kolleclərdə ümumilikdə yüzlərlə plan yeri boş qalıb. Məsələn, sentyabrın sonundakı sonuncu boş qalan yerlərin müsabiqəsində tam orta baza üzrə ixtisas seçən 2393 abituriyentdən yalnız 1818 nəfəri qəbul olub və bu mərhələdə də yerlər tam dolmayıb.

Təhsil ekspertlərinin rəylərinə və dövlət statistikasına əsasən, bu sahədəki əsas problemlər aşağıdakılardır:

1. Əmək bazarı ilə əlaqənin zəif olması: Kolleclərdə tədris olunan bəzi ixtisaslar (xüsusilə bank, sığorta, vergi, kommersiya və humanitar profilli formal ixtisaslar) müasir bazarın tələblərinə cavab vermir. İşəgötürənlər kollec məzunlarına (subbakalavrlara) çox vaxt ehtiyatla yanaşırlar.

2. Peşə təhsilinin rəqabəti: Son illərdə Azərbaycanda müasir Peşə Təhsili Mərkəzlərinin yaradılması və qısa müddətdə birbaşa iş imkanı qazandırması peşə təhsilini kolleclərdən daha cəlbedici edib.

3. Kolleclərə "keçid pilləsi" kimi baxılması: Abituriyentlərin böyük hissəsi kollecə daxil olarkən orada aldıqları peşəni deyil, gələcəkdə universitetə imtahansız (subbakalavr kimi) keçid etmək şansını hədəfləyirlər. İmtahansız qəbul şərtlərindəki dəyişikliklər bu marağı nisbətən zəiflədib.

4. İxtisaslar üzrə qütbləşmə: Tibb, dizayn, İT və kompüter mühəndisliyi kimi kollec ixtisaslarına maraq olduqca yüksək olsa da, regional humanitar, musiqi və pedaqoji kolleclərdə kütləvi boş yerlər yaranır.

Hökumət və təhsil qurumları bu problemləri aradan qaldırmaq üçün kolleclərin yenidən təsnifatlaşdırılması, əmək bazarına uyğunlaşdırılması və müstəqil İT kolleclərinin yaradılması kimi islahat variantlarını nəzərdən keçirirlər

Təhsil eksperti Məzahir Məmmədli baki-xeber.com-a bildirdi ki, bu amil daha çox əmək bazarının tələbləri ilə bağlıdır. “Kolleclərə qəbul sayının az olması müasir əmək bazarının tələbləri ilə əlaqədardır. Azərbaycanda artıq əmək bazarı kollec məzunlarını işə götürməklə bağlı çox ciddi manədir. Kollecdə ixtisas qazanan məzunlar bu günün əmək bazarının tələblərinə cavab vermir. Ona görə də, artıq bir neçə ildir ki, kolleclərdə pedoqoji ixtisaslara qəbul dayandırılıb. Başqa bir tərəfdən, ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğurlu nəticə qazana bilməyən abituriyentlər kollecləri tramplin kimi seçirlər. Yəni bu gün “kollec mənə bir ixtisas verər” yanaşması ilə seçim edən yoxdur. Sadəcə olaraq, bura məqsədli şəkildə gəlirlər, tramplin kimi istifadə edirlər. Çünki onların məqsədi o olur ki, gələcəkdə ali təhsil müəssisələrinə imtahansız qəbul olsunlar. O da müəyyən problemlər yaradır. Bir neçə universitet var ki, konkret olaraq subbakalvrların qəbulundan imtina edir. Yəni bu gün aki təhsil müəssisələrinə subbakalavr kimi qəbul olunan tələbələr qəbul olunmuş digər tələbələrlə ayaqlaşa bilmirlər. Çox zəif nəticə göstərirlər. Bu səbəbdən də bugünkü kollec bazası da kifayət qədər zəif formalaşıb, orada proqram təminatı yenilənməsi olmasa elə bu cür də davam edəcək”.

M.Məmmədlinin fikricə, düzdür, indi bu istiqamətdə müəyyən addımlar atılır, rəhbər və müəllim heyətlərində dəyişikliklər edilir, kolleclər qarşısında yeni proqram təminatı qoyulub. Ekspert qeyd etdi ki, ancaq bunların həlli zaman tələb edir. Bu gün Azərbaycanda kolleclərə qəbulun elə də ciddi əhəmiyyət kəsb etmədiyini deyən M.Məmmədli vurğuladı ki, çünki məzunlar daha çox peşə tədris müəssisələrini seçirlər, nəinki kollecləri. “Artıq peşə təhsili müəssisələri də subbakalvr dərəcəsi verdiyi üçün peşə təhsil müəssisələrinə ciddi axın başlayıb. Hazırda dövlətin də xüsusi qayğısı olduğuna görə peşə təhsil müəssisələrində infrastruktur yeni qurulub, oranın məzunları üçün əmək bazarında imkanlar genişlənib. Az bir vaxtda yaxşı ixtisaslar qazanmaqla artıq məzunlar əmək bazarının tələblərini təmin etmiş olacaqlar”-deyə M.Məmmədli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ