İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-ın ticarət blokadası ilə yanaşı, İrana qarşı hava blokadası tətbiq etdiyini bildirib.
"Ağ Ev rəhbərliyi bilməlidir ki, cəsur İran xalqı hava və ticarət blokadası qarşısında heç vaxt geri çəkilməyəcək. İranın hər cür macəra və zülmə qarşı cavabı onları peşman edəcək və sərt, dəqiq və çevik olacaq" – deyə Qalibafın Telegram kanalında onun sözlərindən sitat gətirilib.
O, həmçinin İranın neft sata bilmirsə, regiondakı heç bir ölkənin bunu edə bilməyəcəyini təkrarlayıb və xəbərdarlıq edib ki, İranın təhlükəsizliyinə təhdidlər qaldığı müddətcə Yaxın Şərq infrastrukturu üçün də təhlükə davam edəcək.
Bir müddət əvvəl ABŞ Maliyyə naziri Skott Bessent 23 sentyabrdan etibarən İran aviaşirkətlərinin sanksiyalar səbəbindən artıq uçuş və ya yerüstü xidmət göstərə bilməyəcəyini açıqlamışdı. Bundan sonra bir neçə ölkə İran aviaşirkətlərindən uçuşları qəbul etməyi dayandırıb.
Tahir TAĞIYEV