Bazar günü günü, 15 noyabr 2026
     

Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

Image


Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşünün məqsədi Moskvanı eskalasiyanın yolverilməzliyi barədə xəbərdar etmək və Rusiya ilə danışıqların yalnız ABŞ-ın nəzarətində qalmasının qarşısını almaq olub.

Vadeful görüşü gərgin adlandırıb və mühüm məsələlər üzrə razılığın əldə olunmadığını deyib. O, Rusiyanın Leypsiqə dron hücumunu eskalasiya kimi qiymətləndirərək, bunun qəbuledilməz olduğunu Lavrova çatdırdığını bildirib.

Alman nazir Rusiyaya Ukrayna məsələsində deeskalasiyaya çağırış etdiyini, lakin bu təklifin hələlik müsbət qarşılanmadığını söyləyib. O, Berlinin Moskva ilə birbaşa təmas qurmasının səbəblərindən birinin Avropanın Rusiya ilə dialoqu tamamilə ABŞ-a həvalə etmək istəməməsi olduğunu vurğulayıb.

Vadeful qeyd edib ki, Ukrayna ilə bağlı danışıqları ukraynalılar özləri aparmalıdır. Almaniya isə Ukraynaya dəstəyini davam etdirəcək və Rusiyaya qarşı iqtisadi təzyiqi saxlayacaq.

Bu görüş 2022-ci ildən sonra Almaniya və Rusiya xarici işlər nazirlərinin ilk birbaşa görüşü olub. Bundan bir neçə gün əvvəl isə ABŞ Dövlət katibi Marko Rubio da Nyu-Yorkda Sergey Lavrovla görüşüb.

Rusiya-Ukrayna müharibəsi fonunda Almaniyanın Moskva ilə birbaşa dialoqa başlaması, Avropanın Ukraynaya hərbi dəstəyi davam etdirməsi və ABŞ-ın Rusiya ilə ayrıca danışıqlar aparması nəzərə alınarsa, bütün bunlar Vaşinqtonla Avropa arasında müharibənin həlli və Rusiyaya münasibət məsələsində ciddi fikir ayrılıqlarının formalaşdığını göstərirmi?

İlqar Vəlizadə: "Ukraynanın apardığı hərbi mübarizə göstərir ki, Rusiya öz məqsədlərinə tam şəkildə nail ola bilmir"

İlqar Vəlizadə: Ermənistanın baş nazir Nikol Paşinyan xalqını, beynəlxalq ictimaiyyəti növbəti dəfə aldadır - AZƏRTAC

"Bakı-Xəbər" qəzetinə müsahibəsində politoloq İlqar Vəlizadə bildirib ki, siyasi ritorikanı kənara qoyub faktlara nəzər saldıqda, son illər ərzində Avropa İttifaqının, xüsusilə də Avropanın aparıcı ölkələrinin Ukrayna-Rusiya danışıqlarında əsas tərəf kimi iştirak etmədiyi görünür.

Onun sözlərinə görə, müxtəlif mərhələlərdə danışıqlarda vasitəçilik rolunu Türkiyə, daha sonra isə ABŞ üzərinə götürüb. Vaxtilə, xüsusilə Co Bayden administrasiyası dövründə, Vaşinqton Rusiya ilə birbaşa danışıqlara getməyəcəyini bildirirdisə, Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə ABŞ-ın bu məsələdə mövqeyi əhəmiyyətli dərəcədə dəyişib. Vaşinqton artıq nəinki danışıqlar prosesinə qoşulub, həm də əsas moderatorlardan biri kimi çıxış edir. Bu isə ABŞ-ın prosesdə siyasi çəkisini artırır.

Politoloq qeyd edib ki, danışıqlar masasında yalnız Rusiya-Ukrayna münasibətlərinin tənzimlənməsi məsələsi müzakirə olunmur. Avropanın gələcəyi və təhlükəsizlik arxitekturası da müəyyən mənada bu prosesin tərkib hissəsidir. Buna görə də Avropa İttifaqının və aparıcı Avropa ölkələrinin iştirakı olmadan aparılan danışıqların Brüsseldə və digər Avropa paytaxtlarında narahatlıq yaratması başadüşüləndir.

İ.Vəlizadənin fikrincə, Avropa rəsmiləri müxtəlif vaxtlarda müəyyən şərtlərlə danışıqlarda iştirak etməyə hazır olduqlarını bildiriblər. Digər tərəfdən, Avropada Rusiyanın və Vladimir Putinin iştirakı ilə danışıqların nəticə verməyəcəyi barədə sərt ritorika da davam edir. Lakin siyasi bəyanatlarla real vəziyyət arasında müəyyən fərq var.

"Reallıq ondan ibarətdir ki, müharibənin əvvəlində tərəflərin qarşıya qoyduğu maksimum hədəflərə yaxın perspektivdə çatmaq getdikcə çətinləşir. Müharibənin ilk illərində Rusiyanın 1991-ci il sərhədlərinə qaytarılması, yaxud sanksiyalar vasitəsilə Rusiyanın ciddi şəkildə zəiflədilməsi kimi məqsədlərdən danışılırdı. İndi isə görünür ki, bu hədəflərə çatmaq kifayət qədər mürəkkəbdir. Digər tərəfdən, Ukraynanın apardığı hərbi mübarizə də göstərir ki, Rusiya öz məqsədlərinə tam şəkildə nail ola bilmir. Beləliklə, müəyyən mənada pat vəziyyəti yaranır", – deyə politoloq vurğulayıb.

O hesab edir ki, məhz bu vəziyyət müxtəlif tərəfləri diplomatik kanallar axtarmağa vadar edir. Almaniyanın Rusiya ilə birbaşa təmaslara maraq göstərməsi də bu kontekstdə qiymətləndirilə bilər. Bununla yanaşı, mediada danışıqların nəticələri və tərəflərin açıqlamaları ilə qapalı müzakirələrdə qaldırılan məsələlər arasında fərq olması mümkündür. Diplomatik praktikada tərəflər danışıqların bütün detallarını, xüsusilə də konkret nəticə əldə edilmədikdə, ictimaiyyətə açıqlamırlar.

İ.Vəlizadənin sözlərinə görə, buna görə də tərəflərin yalnız “Rusiyadan müharibəni dayandırmasını tələb edirik” tipli bəyanatları danışıqların real məzmununu tam əks etdirməyə bilər. Qapalı görüşlərdə müxtəlif təkliflərin və kompromis variantlarının müzakirə edilməsi ehtimalı daha yüksəkdir.

Politoloq Almaniyanın danışıqlara marağının arxasında iqtisadi amillərin də dayandığını bildirib. Onun sözlərinə görə, Ukrayna müharibəsinin yaratdığı uzunmüddətli enerji böhranı Avropa iqtisadiyyatına ciddi təsir göstərib və Avropada müharibənin nəticələrindən zərər çəkən tərəfin yalnız Rusiya olmadığı barədə fikirlər səslənir. Bu səbəbdən Avropada daha praqmatik yanaşmaların formalaşması təəccüblü deyil.

Almaniyanın daxili siyasi amillərinə də diqqət çəkən Vəlizadə bildirib ki, Ukrayna siyasətini tənqid edən siyasi qüvvələrin, o cümlədən "Almaniya üçün Alternativ" partiyasının mövqelərinin güclənməsi hakim siyasi dairələrə cəmiyyətin müəyyən hissəsinin gözləntilərini nəzərə almaq zərurəti yaradır. Bu baxımdan Berlinin Rusiya ilə mümkün dialoqa hazır olması barədə mesajlar həm xarici siyasət, həm də daxili auditoriya üçün müəyyən siqnal xarakteri daşıya bilər.

"Lakin bu çox ehtiyatlı şəkildə edilir. Çünki Avropa siyasi meynstriminin Rusiyaya münasibətdə sərt mövqeyi hələ də qüvvədədir. Ona görə də Berlinin dialoq təşəbbüsləri ilə siyasi ritorikası arasında müəyyən balans yaratmağa çalışdığı görünür", – deyə politoloq qeyd edib.

İ.Vəlizadə yaxın gələcəkdə Almaniyanın Moskva ilə təmaslarının hansı istiqamətdə inkişaf edəcəyinin bəlli olacağını bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl Bakıda Almaniyanın keçmiş siyasi dairələrinin nümayəndələri ilə Rusiyanın keçmiş rəsmiləri arasında görüş keçirilməsi barədə məlumatların yayılması da diqqət çəkir. Bu əlaqələrin hazırkı rəsmi Berlinlə nə dərəcədə koordinasiya edildiyini dəqiq söyləmək mümkün olmasa da, belə təmasların mövcudluğu Avropada Rusiya ilə kommunikasiya kanallarına marağın tamamilə aradan qalxmadığını göstərir.

Politoloqun fikrincə, bundan sonrakı mərhələdə əsas məsələ bu kontaktların davamlı siyasi-diplomatik kanala çevrilib-çevrilməyəcəyidir. Bunun cavabını isə hadisələrin inkişafı göstərəcək.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ