Luiziana ştatından olan Respublikaçı senator Con Kennedi İranın Hörmüz boğazını açmaq və ABŞ-la danışıqları bərpa etmək təklifini "ciddi" adlandırıb. O, Vaşinqtonun sanksiyalarla təzyiqi və blokadanı davam etdirməli olduğunu bildirib.
"Prezident Bambinin kiçik qardaşı deyil. O, təklifi rədd edib" – deyən senator ABŞ-ı İrana qarşı mövcud siyasətini, o cümlədən sanksiyaları və özünün dediyi kimi, blokadanı davam etdirməyə çağırıb. O, həmçinin Hörmüz boğazı ətrafındakı vəziyyətin qlobal neft qiymətlərinə təsir etdiyini də etiraf edib: "Boğaz ən azı qismən bağlıdır və bu, neftin qiymətinə təsir edib. Neft isə benzin də daxil olmaqla hər şeydə var və bu, çox ağrılıdır".
Onun sözlərinə görə, Vaşinqton ya vəziyyətin həlli üçün danışıqlar aparıb boğazın açılmasını təmin etməyin, ya da vəziyyəti daha da gərginləşdirməyin yolunu tapmalıdır. Lakin senator Amerika qoşunlarının yerləşdirilməsini dəstəkləməyəcəyini vurğulayıb.
Kennedi həmçinin İran zəiflədiləcəyi təqdirdə dünyanın daha təhlükəsiz olacağını söyləyib.
Tahir TAĞIYEV