AKP sədrinin müavini Fatma Betül Sayan Kaya partiyadakı bütün vəzifələrindən istefa verib. Onun istefasını özü və həyat yoldaşının adı keçən milyardlıq korrupsiya qalmaqalından sonra açıqlayıb.
Bundan əvvəl Yeni Partiyanın sözçüsü Zeynel Emre AKP sədrinin müavini Fatma Betül Sayan Kaya və əri İlyas Kayanın Özata Denizçilik səhmləri ilə bağlı qanunsuz əməliyyatlar vasitəsilə əhəmiyyətli qazanc əldə etdiklərini açıqlayıb.
Emrenin iddialarına görə, Fatma Betül Sayan Kaya 63 milyon 359 min lirə yatıraraq təxminən dörd ay ərzində 1 milyard 344 milyon lirə götürüb. Həmçinin iddia edilir ki, əri İlyas Kaya isə 99 milyon 687 min lirə yatırıb, 826 milyon lirə əldə edib. Beləliklə, cütlük ümumilikdə 163 milyon 46 min lirə yatırıb 2 milyard 170 milyon lirə qazanıblar. Bu iddialar, AKP daxilində də böyük səs-küyə səbəb olub.
Tahir TAĞIYEV