Milanın əsas hava limanı olan Malpensaya siyasətçi və media maqnatı Silvio Berluskoninin şərəfinə rəsmən onun adı verilib.
2023-cü ildə vəfat etmiş keçmiş baş nazirin ailə üzvləri, eləcə də Senatın sədri İqnatsio La Russa və Berluskoninin "Forza Italia" partiyasındakı varisi, xarici işlər naziri Antonio Tayani kimi tanınmış sağçı siyasətçilər yeni adı əks etdirən lövhənin açılış mərasimində iştirak ediblər. Hava limanına Berluskoninin adının verilməsi təklifi 2024-cü ilin iyun ayında Lombardiya regional hökuməti tərəfindən irəli sürülmüş və sonradan mərasimdə iştirak edən infrastruktur naziri Matteo Salvini tərəfindən dəstəklənmişdi. Təşəbbüsə qarşı çıxan Milan və Vareze şəhərlərinin merləri isə tədbirdə iştirak etməyiblər. Silvio Berluskoni 1936-cı ildə Milanda anadan olub və 12 iyun 2023-cü ildə orada leykoz xəstəliyindən vəfat edib. Berluskoni dörd dəfə — 1994–1995, 2001–2005, 2005–2006 və 2008–2011-ci illərdə İtaliyanın baş naziri vəzifəsini icra edərək, bu vəzifədə ən uzun müddət qalan şəxs kimi rekord müəyyən edib.
SAMİRƏ