Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş və Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının (BA) iclası çərçivəsində keçirilən görüşdə Ukrayna münaqişəsini müzakirə ediblər. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Lavrov həmçinin Quterreşə Kiyevin Buçadakı hadisələri saxtalaşdırması ilə bağlı hesabat təqdim edib və BMT Katibliyindən səhnələşdirmə ilə bağlı ətraflı araşdırma aparmasını tələb edib. Qeyd edək ki, Lavrov və Quterreş arasında 81-ci Baş Assambleya sessiyası çərçivəsində keçirilən görüş mətbuat üçün açılış nitqi olmadan başlayıb və qapalı qapılar arxasında davam edib.
SAMİRƏ