Əli Orucov: “ABŞ düşünür ki, vaxt ötdükcə daha çox güzəştlər qoparmaq mümkün olacaq, ona görə də İslamabad sazişinə qayıtmağı uyğun saymır”
İran prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran iyun ayında Vaşinqtonla imzalanmış müqaviləni həyata keçirməyə və razılaşmaya doğru irəliləməyə hazırdır.
“Biz sizin prezidentinizlə razılığa gəldik; bu razılaşma imzalandı. Və bunun əsasında irəliləməyə hazırıq və hazırıq. Və bir çərçivə razılaşdırılıb”, Pezeşkian Fox News-a verdiyi müsahibədə bildirib.
O, münaqişəni Tehranın başlatmadığını vurğulayıb.
“Biz müharibəni seçmədik. Müharibə bizə zorla tətbiq edildi. Biz müharibə axtarmırıq", - deyə İran prezidenti əmin edib.
Pezeşkianın sözlərinə görə, Tehran Vaşinqtonla razılaşma axtarmağa davam edir. "Biz davam etmək istəmirik. Amerika bu müharibəyə son qoymaq istəyib-istəmədiyini özü seçməlidir", - deyə o, İran-ABŞ münaqişəsinin bu ilin sonuna qədər bitib-bitməyəcəyi ilə bağlı suala cavab olaraq bildirib. O, əlavə edib ki, Tehran "müharibə axtarmayıb və axtarmır", lakin özünü qətiyyətlə müdafiə edəcək.
O, "insanların bir-birini öldürməməli və problemləri dialoq yolu ilə həll edə biləcəyini" vurğulayıb.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxış edərkən İranla razılığa gəlmək və ya ölkəni məhv etmək arasında seçim etməli olduğunu bildirmişdi. O, 2026-cı ilin noyabr ayında keçiriləcək ABŞ-da aralıq seçkilərdən sonra mümkün ola biləcək sülh razılaşmasına ümid etdiyini bildirmişdi.
18 iyun gecəsi ABŞ və İran münaqişəyə son qoymaq üçün bir sıra addımları müəyyən edən memorandum imzaladılar. Sənəddə, digər məsələlərlə yanaşı, Hörmüz boğazının açılması və Tehranın nüvə silahı inkişaf etdirmək planlarının olmadığına dair zəmanətləri də yer alırdı. Bu razılaşma gözlənilən nəticələri vermədi.
Bir halda ki İran prezidenti ki, köhnə sülh sazişi ilə irəli gedə bilərik, bəs ABŞ niyə yeni saziş imzalamağa can atır? ABŞ niyə köhnə sazişi qəbul etmir?
Politoloq Əli Orucov baki-xeber.com-a bildirdi ki, ABŞ-ın İrana qarşı həyata keçirdyi ikinci dərəcəli sanksiyaları və tətbiq etdiyi blokada iqtisadi tükəndirməyə hesablanıb. “Yəni Vaşinqton Tehran rejimini daha artıq sıxmaqla onun iqtisadi çöküşünı nail olmağa çalışır. Bu taktika hərbi təzyiqlə paralel şəkildə işə salınıb və ilkin nəticələrini də göstərməkdədir. Vəziyyət o həddə çatıb ki, mühafizəkarlın dilindən qırmızı xətdən bəzi hallarda geri çəkilməyin anonsları verilir. Hər keçən gün İranın milyonlarla dollar vəsait itkisi deməkdir. Sosial məişət və humanitar sahələrdə də ciddi problemlər yaranıb. Daxili böhran getdikcə dərinləşməkdədir. Digər tərəfdən də İranın müxtəlif əyalətlərində yaşayan ermənilərin rejimə qarşı qaldırılması və silahlı müxalifətin yaradılması istiqamətində işlər aparılır. Konkret olaraq bəluclar, kürdlər və etnik ərəblər üzərindən planlar qurulur. Zatən kürdlər PJAK və digər terrorçu qruplaşmalarla birlikdə silahlı blok yaradılıb, bəluclar zaman zaman qanlı aktlar törədiblər”.
Ə.Orucovun fikrincə, rejimin dayağı və sütünü olan SEPAH anlayır ki, əgər həmin hərbi müxalifət formalaşdırılsa və vahid komandanlıq altında koordinasiya edilsə bunun qarşısında dayanmaq çətin olacaq. “Bəlkə də rejimin süqutu ilə nəticələnəcək. Ona görə də siyasi səhnədən silinmək qorxusu rejimi güzəştlərə məcbur edir. Tramp isə hesab edir ki, mövqeyi güclənir və İranın iqtisadi hərbi hətta siyasi çöküşünün baş verəcəyini gözləyir. Ağ Ev rəhbəri aralıq seçkilərdək qalib sifətində ola bilmədi və İran triumfuna əli çatmadı. Onun planları mövcud reallıqlara uyğun şəkildə dəyişdi. ABŞ tələsmir, zamanı gözləyir. ABŞ düşünür ki, vaxt ötdükcə daha çox güzəştlər qoparmaq mümkün olacaq, ona görə də İslamabad sazişinə qayıtmağı uyğun saymır”-deyə Ə.Orucov vurğuladı.
İradə SARIYEVA