Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi bəlli olub. “Mercedes”in britaniyalı pilotu Corc Rassell bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. Bu, Rassellin Bakıda ilk çempionluğu kimi tarixə düşüb.
“Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü olub.
Daha sonra Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb. Fəxri kürsünün ilk pilləsində “Mercedes”in britaniyalı pilotu Corc Rassell yer alıb. “Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü sıraya qalxıb.
Onlara mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem təqdim ediblər.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışında hər birində iki pilot olmaqla 11 komanda mübarizə aparıb.
ZÜMRÜD