Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb. “Rodin”in pilotu Martinius Stenşorne birinci, onun komanda yoldaşı Aleks Dann ikinci, "İnvicta"nın sürücüsü Rafael Kamara üçüncü olub.
Birinci sıralama turunda ən yaxşı nəticəni A.Dann göstərib.
Bu gün, həmçinin saat 16:00-da Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.