Türkiyənin enerji naziri Alparslan Bayraktar bildirib ki, ABŞ-ın təzyiqi səbəbindən Türkiyə İran vasitəsilə Türkmənistandan qaz idxalını dayandırmaq məcburiyyətində qalıb.
"Middle East Eye" nin məlumatına görə, Ankara, 2025-ci ilin mart ayında İran infrastrukturundan istifadə edərək ildə 1,3 milyard kubmetr tədarük müqaviləsi çərçivəsində Türkmənistandan qaz almağa başlayıb.
Türkiyənin qaz idxalçısı Botaşın bu sxem çərçivəsində 2033-cü ilə qədər idxal lisenziyası var idi.
Aşqabad 2025-ci ilin oktyabr ayında qaz tədarükünü dayandırıb və o zaman iki ölkənin qısamüddətli müqaviləsi olduğunu və həcm və ya qiymətlər barədə razılaşma olmadan Ankaraya qaz sata bilməyəcəyini bildirib.
Bu ilin əvvəlində Bayraktar İran vasitəsilə Türkmənistandan qaz idxalının bərpa olunduğunu elan edib, lakin bu planlar gerçəkləşməyib.
Tahir TAĞIYEV