Xəzər dənizinin akvatoriyasında daha əvvəl itkin düşmüş iki Qazaxıstan hərbçisinin meyiti tapılıb. Axtarış əməliyyatı başa çatıb.
Aparılan axtarış-xilasetmə işləri zamanı sentyabrın 25-də çavuş Mansur Qumarovun və matros Miras Turdıbekulının meyitləri aşkar edilib.
Faciə təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı hava şəraitinin qəfil və kəskin pisləşməsi nəticəsində baş verib. Açıq dənizdə 17 hərbçini axın aparıb. Onlardan üçü xilas edilib, 14 hərbçi həlak olub.
ZÜMRÜD