İran Moskvanın Azərbaycan vasitəsilə Rusiyaya qaz kəmərinin tikintisini maliyyələşdirəcəyini açıqlayıb.
İranın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali "Vedomosti"yə bildirib ki, İrandan Rusiyaya qaz nəql edəcək boru kəməri əsasən Moskva tərəfindən maliyyələşdiriləcək.
Cəlali boru kəmərinin Azərbaycan ərazisindən keçəcəyini deyib.
"Maliyyələşdirmə əsasən Rusiyadan gələcək. Amma bu layihə üzərində hamımız birlikdə çalışırıq - hər üç ölkə: Rusiya, İran və Azərbaycan", - deyə Cəlali bildirib.
Tahir TAĞIYEV