Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun sözlərinə görə, Rusiya qazı Ermənistan üçün digər ölkələrdən alınan yanacağa nisbətən xeyli ucuzdur.
O bu barədə açıqlamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın respublikanın gələcək enerji siyasəti ilə bağlı açıqlamasına münasibət bildirərkən verib.
Qeyd edək ki, Simonyan İrəvanın "mümkün olan hər yerdən" qaz almaq niyyətində olduğunu bildirib.
Ancaq A.Şevtsov Ermənistana xəbərdarlıq edərək bildirib ki, İrəvanın Rusiya qazından imtina etməsi Ermənistana, əvvəllər oxşar addımı atmış Almaniya və digər Avropa ölkələrindən xeyli ciddi ziyan vuracaq.
Tahir TAĞIYEV