Ukrayna Prezidenti Vladimir Zelenski özünün Telegram kanalında ABŞ Prezidenti Donald Trampı mərhum senator Lindsi Qremin təşəbbüsü ilə Rusiyaya qarşı sanksiyalar qanununu təsdiqləməyə çağırıb.
"Prezident Trampdan Rusiyaya və onun müharibəsini maliyyələşdirən bütün şəxslərə qarşı Lindsi Qrem Qanununu tətbiq etməsini xahiş edirik" - deyən Zelenski qeyd edib ki, Ukraynanın tərəfdaşları Rusiyanın davam edən gərginliyi artırmasını nəzərə alması vacibdir. O bildirib ki, Rusiyanın daha sərt hərəkətlərinə və müharibənin daha da yayılmasının qarşısını almaq üçün daha güclü beynəlxalq reaksiya verilməlidir.
Zelenski həmçinin Avropa Şurasının sədri António Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə Rusiyaya qarşı əlavə Aİ sanksiyaları tətbiq etməyə çağırıb. Ukrayna prezidenti həmçinin avropalı tərəfdaşlarını rus oliqarxlarını mövcud sanksiya siyahılarından çıxarmamağa və müharibə bitənə qədər Rusiya ilə ticarəti məhdudlaşdırmağa davam etməyə çağırıb.
Tahir TAĞIYEV