Rusiyanın Rostov vilayətindəki Novoshakhtinsk neft emalı zavodu sentyabrın 24-dən 25-nə keçən gecə dron hücumundan sonra fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar hücum zamanı zavoda ziyan dəydiyini bildirib. Rusiya hakimiyyəti bölgədə təxminən 50 dron məhv edildiyini iddia edib.
Novoshakhtinsk neft emalı zavodu ildə təxminən 5 milyon ton və ya gündə təxminən 100 min barel neft emal edir. İstehsalının əsas hissəsi ixrac üçün nəzərdə tutulub.
Tahir TAĞIYEV