Cümə axşamı günü, 12 noyabr 2026
     

Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

Image


Mövcud Ermənistan hakimiyyəti ilə diaspor arasında münasibətlər getdikcə daha da sərtləşir. 2018-ci ildən etibarən tərəflərin münasibəti tədricən böhran mərhələsinə daxil olub. Amma son 6 ildə daha radikal xarakter daşımağa başlayıb. Bu ilin iyun ayında Ermənistanda baş tutan parlament seçkilərində isə hakimiyyətlə diaspor arasında çatların daha da böyüdüyü üzə çıxdı. Diasporun, onun fəaliyyət göstərdiyi müəyyən ölkələrin Nikol Paşinyan hakimiyyətinə qarşı açıq mövqe və fəaliyyəti rəsmi İrəvanın hüquqi, eləcə də digər müstəvilərdə xaricdəki erməni qüvvələrinə qarşı daha sərt mövqedən çıxış eyməsinə səbəb oldu. Hər zaman Ermənistan dövlətçiliyinin əsas dayaq nöqtələrindən biri kimi qələmə verilən diasporun, əslində, lazım gələrsə, bu dövləti məhv etməyə də hazır olduğu aydınlaşdı. Diasporun indiki Ermənistan hakimiyyətinə qarşı belə destruktiv siyasəti, Paşinyan iqtidarının buna müqaviməti isə tərəflərə daha böyük gərginlik vəd edir.

Burada qeyd edək ki, hələ 1990-cı illərdə Ermənistanda ikili vətəndaşlıq haqqında qanun layihəsi ilə bağlı çoxlu müzakirələr aparılmışdı və illərdir davam edən müzakirələrdən sonra bu qanun layihəsi qəbul edilmişdi. Nəticədə, faktiki olaraq, xaricdə yaşayan ermənilər Ermənistanda səsvermə proseslərində iştirakla ölkənin ictimai-siyasi həyatında öz mövqelərini ifadə edə bilirdilər. Elə bu da diasporun Ermənistanda təsirli qüvvə kimi mövqeyini daha da gücləndirirdi. O vaxt ölkədə ikipalatalı parlamentin yaradılması ideyası da gündəmə gətirilmişdi. Parlament palatasının biri tamamilə diaspor nümayəndələrindən ibarət olmalı idi. Lakin bu ideya reallaşmadı. Bununla belə, diaspor Ermənistan siyasətinə müxtəlif yollarla, o cümlədən hakimiyyətin müxtəlif qollarına öz nümayəndələrini yerləşdirməklə, həmçinin maliyyə sərfiyyatları ilə təsir vasitələrini saxlayırdı. Nikol Paşinyan da hakimiyyətə gəldikdən sonra diaspor qüvvələrindən öz məqsədləri üçün istifadə etməyə çalışırdı. Amma diasporun Paşinyan hakimiyyətinin siyasətini istiqamətləndirmək cəhdləri tərəflər arasında ziddiyyətlərə yol açdı və zamanla bu qüvvələrin qarşıdurması daha da kəskinləşdi. Diasporin təsirini minimallaşdırmaq üçün Paşinyan hakimiyyəti, ilk olaraq, ikili vətəndaşlıq qaydalarını yenidən nəzərdən keçirməyə başladı. “Daşnaksütyun” Partiyasının siyasi məsələlər bürosunun rəhbəri Kiro Manoyan məsələ ilə bağlı qeyd edir: “Diasporda Ermənistan vətəndaşlığını almaq istəyən azsaylı ermənilər üçün prosedur getdikcə daha da mürəkkəbləşir. Yeni yaşayış tələbi vətəni ilə qanuni əlaqəsini qorumaq istəyən, lakin iş və ya ailə vəziyyəti səbəbindən Ermənistanda bir ildən çox qala bilməyən həmvətənlərə zərər verəcək. Yaşayış yeri tələbinin mövcudluğu Konstitusiyaya da ziddir. Konstitusiyaya əsasən, etnik erməni ölkəyə daxil olduğu andan etibarən Ermənistan vətəndaşlığını ala bilər. Hakimiyyətin bu yanaşması Ermənistan daxilində tətbiq etdiyi metodlarla xarici diaspor qüvvələrini idarə edə bilməməsindən irəli gəlir”. Bu arada, Ermənistan Daxili İşlər Nazirliyi Ermənistan vətəndaşlığını almaq üçün dövlət rüsumunun beş dəfə, vətəndaşlığın ləğvi üçün isə on dəfə artırılmasını təklif edir. 1 yanvar 2028-ci il tarixindən etibarən vətəndaşlıq almaq üçün rüsum 138 dollardan 689 dollara, vətəndaşlığın ləğvi üçün isə 413 dollardan 4132 dollara qədər artacaq. Qanun layihəsinə daha sərt yaşayış tələbləri də daxildir. Layihəyə əsasən, vətəndaşlıq üçün müraciət edənlərin son beş il ərzində Ermənistanda qanuni yaşayış icazəsi olmalı və bu müddət ərzində ölkədə ən azı 915 gün yaşamalıdırlar. Onlar həmçinin erməni dilini və Konstitusiyanı kifayət qədər bildiklərini nümayiş etdirməlidirlər. Erməni əsilli şəxslər son iki il ərzində Ermənistanda qanuni yaşayış yeri müəyyən etmiş və ölkədə ən azı 366 gün yaşamış olduqları təqdirdə vətəndaşlıq almaq hüququna malik olacaqlar. Onların bu hüquqları təqdim edilmiş sənədlər, arxiv məlumatları və kilsələr və ya ictimai təşkilatlar tərəfindən verilmiş sertifikatlar əsasında Daxili İşlər Nazirliyinin xüsusi komissiyası tərəfindən təsdiqlənəcək. Şəxsin fəaliyyəti dövlət və ya ictimai təhlükəsizliyə, ictimai asayişə, ictimai sağlamlığa, əxlaqa və ya başqalarının hüquq və azadlıqlarına zərər verərsə və ya onların bu cür zərər verə biləcəyinə şübhə etmək üçün ağlabatan əsaslar varsa, vətəndaşlıq üçün müraciət rədd edilə bilər. Bütün bunlar erməni diasporuna qarşı hesablanmış hüquqi addımlar hesab olunur. ABŞ-dakı erməni diaporunun təmsilçisi Harut Sasunyan qeyd edir: “Paşinyan diaspor üzvlərini Ermənistan vətəndaşlığı almaqdan çəkindirir. Onlar üçün müxtəlif hüquqi maneələr yaradır. Ermənistan hökumətinə təklifim vətəndaşlıq qaydalarının yenidən nəzərdən keçirilməsindən imtina etmək və yaşayış tələbi ilə birlikdə rüsumu ləğv etməkdir. Ermənistan pasportuna sahib olmaq diaspor üzvləri üçün vətənləri ilə dərin emosional əlaqə yaradır. Onları Ermənistana daha tez-tez səfər etməyə, bəlkə də ölkəyə investisiya qoymağa və nəticədə ora köçməyi düşünməyə təşviq edir. Bu, vətəndaşlıq rüsumunu artırmaqdan və yaşayış tələbi qoymaqdan daha ağlabatan bir seçim olardı”. Onu da xatırladaq ki, iyul ayında Ermənistan parlament çoxluğu Seçki Məcəlləsinə düzəlişləri qəbul edib. Bu düzəlişlərə əsasən, son iki ildə ölkədə bir ildən və ya 366 gündən az müddətdə yaşayan Ermənistan vətəndaşları səs vermək hüququndan məhrum edilir. Müxalifət yeni qaydaları konstitusiyaya zidd və vətəndaşların hüquqlarının pozulması adlandıraraq Konstitusiya Məhkəməsinə müraciət edib. Məhkəmə işə bu ilin 22 dekabrında yazılı şəkildə baxacaq. Bu yanaşma ilə də Paşinyan iqtidarı diasporun Ermənistanda səsvermə hüququnu məhdudlaşdırır. Rusiyalı politoloq Sergey Mironov qeyd edir: “Bu, sırf siyasi hesablamadır. Hakimiyyət başa düşür ki, insanlar, erməni diasporu hazırkı hadisələrin gedişatından narazıdır. Onların səsvermə hüququnu qadağan etmək idarəetmə səhvlərini düzəltməkdən daha asandır. Amma bu, diasporla Paşinyan arasında qarşıdurmanı daha da kəskinləşdirəcək”. Ermənistanın diaspor qüvvələri Paşinyanın onlara qarşı mövqeyini qəbul etməyərək, indiki Ermənistan hakimiyyətinə qarşı səfərbər olmaq üçün fəaliyyətini genişləndirir. Elə bu da tərəflər arasında münasibətlərin daha sərt xarakter alacağını nümayiş etdirir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ