çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Moskva İrəvanı hərblə təhdid edir, daxildəki Rusiyayönümlü qüvvələr “sahibsiz” qalmaq istəmir...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan və Moskva arasındakı münasibətlərin transformasiya mərhələsində olduğunu bildirib. O, “İzvestiya”ya verdiyi şərhdə qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh bərqərar olunmazdan əvvəl Rusiya ilə qarşılıqlı əlaqə təxminən 90% təhlükəsizlik məsələlərinə yönəlmişdi.

Paşinyanın sözlərinə görə, dinc mühitdə ikitərəfli münasibətlərin təbiəti dəyişəcək və Rusiya ilə əməkdaşlıq transformasiya olunacaq. Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyan da qeyd edir ki, Ermənistanla Rusiya arasındakı münasibətlərin transformasiyaya ehtiyacı var, amma bu, münasibətlərin kəsilməsinə gətirib çıxarmamalıdır. Deputatın sözlərinə görə, Rusiya artıq Ermənistanın təhlükəsizliyinin qarantı ola bilməz, regionda münaqişə başa çatıb, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub: “Bütün bu halları nəzərə almaq və münasibətlərimizi yeni reallığa uyğunlaşdırmaq lazımdır. Bu, Ermənistanla Rusiya arasında münasibətlərin kəsilməli olduğu anlamına gəlmir. Əksinə, Ermənistan-Rusiya münasibətlərinin inkişafı üçün böyük potensial var, amma bunun şərti Rusiyanın Ermənistanın suveren qərarlarına hörmət etməsidir”. Xandanyan qeyd edib ki, İrəvan Rusiya ilə mövcud problemləri, o cümlədən iqtisadi məsələləri müzakirə etməyə və onları sakit şəraitdə, danışıqlar yolu ilə həll etməyə çalışmaqda davam edəcək. Deputat bildirib ki, Ermənistana bir sıra mühüm strateji, xüsusilə regional infrastrukturların blokadadan çıxarılması və açılması ilə bağlı məsələləri həll etmək lazımdır, İrəvan bu baxımdan dəmir yolları məsələsini çözməlidir: “Bir tərəfdən TRIPP proqramının həyata keçirilməsi blokadanın aradan qaldırılması üçün böyük imkanlar açır, digər tərəfdən isə, infrastrukturun blokadadan çıxarılması baxımından TRIPP yeganə fəaliyyət göstərən layihə olaraq qalarsa, bizim problemlərimiz yaranacaq”. Parlamentarinin fikrincə, Ermənistanın dəmir yolu infrastrukturu ölkənin xarici dünya ilə əlaqəsinin təmin edilməsi vəzifəsinə uyğunlaşdırılmalıdır. O, bu məsələnin Rusiya ilə dostluq və sakit şəraitdə həll ediləcəyinə ümid etdiyini deyib. Amma Rusiya və Ermənistanda ona bağlı qüvvələr tamam fərqli düşünür. Rus politoloq və Yaxın Şərq üzrə ekspert Oleq Makarenko iddia edir ki, Cənubi Qafqaz hazırda getdikcə şiddətlənən iki döyüş ocağı arasında qalıb: “Getdikcə daha çox ölkə, əsasən Avropa ölkələri bu münaqişəyə cəlb olunur”. Ekspert iddia edir ki, münaqişənin Cənubi Qafqaza da yayılma riskinin olub-olmadığını anlamaq üçün regionun siyasi elitasının bu münaqişələrə nə dərəcədə cəlb olunmağa hazır olduğunu anlamaq lazımdır: “Məsələn, Gürcüstan hərbi əməliyyatlardan kəskin şəkildə uzaqlaşıb və bu yaxınlarda ölkədə rusofobiyanın geniş yayılmasına icazə verməkdən imtina etdiyini bir daha təkrarlayıb. Görünür, 8 avqust 2008-ci il müharibəsindən sonra Gürcüstan başa düşdü ki, münaqişə başlasa, amerikalılar və avropalılar tezliklə onları Rusiyaya qarşı tək qoyacaqlar”. Makarenkonun sözlərinə görə, Azərbaycana gəldikdə isə, prezident İlham Əliyevin bütün Avropa və Aİ rəhbərliyinin korrupsiya yuvası olması barədə son açıqlaması Bakının mövqeyini açıq şəkildə göstərir: “Baş nazir Nikol Paşinyan isə gözləmə mövqeyi tutur. Bir tərəfdən o, Avropa İttifaqına qoşulmaq istəyini bəyan edir və hər şey Aİ-yə inteqrasiyaya yönəlmiş kimi görünür. Ermənistan bir vaxtlar Cənubi Qafqazda sabitliyin pozulması üçün ön cəbhəyə çevrilmək qərarına gəlmişdi. İndi də durum çətindir. Rusiya prezidenti Vladimir Putinin Rusiyanın rəsmi İrəvanın ilk tələbi ilə Gümrüdəki hərbi bazasını çıxarmağa hazır olduğu barədə verdiyi açıqlamanı nəzərə alsaq, bu halda Ermənistan düşmənləri qarşısında tək qalacaq. Və inanın mənə, heç kim, heç bir dövlət, hətta İran belə Ermənistana, məsələn, Azərbaycanla qarşıdurmada kömək etməyəcək”. Buna görə də, Cənubi Qafqazda müharibə ehtimalını müzakirə edən ekspert, münaqişə baş verərsə, bunun yalnız iki daxili regional aktor, yəni Ermənistan və Azərbaycan arasında olacağını irəli sürür.

Maraqlıdır ki, Rusiyaya bağlı “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyana görə də, ölkəsində alternativ olmadan mövcud təhlükəsizlik sistemindən imtina etmək ağılsızlıqdır. Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılma ehtimalı ilə bağlı açıqlamasına aydınlıq gətirərkən o bildirib: “Rusiya hərbi bazası geri çəkilərsə, Ermənistan regionda "sahibsiz" qalacaq. Dövlət sahibsiz qalmayacaq. Ermənistanın bir sahibi var - Ermənistan xalqı. Lakin Rusiya hərbi bazası təhlükəsizlik sisteminin bir hissəsi hesab edildiyi üçün Ermənistanın təhlükəsizliyi sual altında olacaq". Onun fikrincə, mövcud təhlükəsizlik sistemindən, hətta onun dəyişdirilməsi üçün təklif belə olmadan imtina etmək uzaqgörənlik deyil: “Dünyada təhlükəsizlik zəmanətləri tələb etməyən çox az ölkə var. Bu gedişlə Rusiyanın Ermənistandakı rolunun Türkiyəyə həvalə olunacağı gözləniləndir”.

Xatırladaq ki, Nikol Paşinyan əvvəllər Rusiya hərbi bazasının ölkədə olmasının vacib olmadığını bildirmişdi. O əlavə etmişdi ki, Rusiya bazanı Ermənistandan çıxarmaq qərarına gələrsə, respublika hakimiyyəti etiraz etməyəcək. Sentyabrın 1-də Bişkekdə Paşinyanla görüşdən sonra Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ermənistan Rusiya hərbi bazasını lazımsız hesab edərsə, Rusiya onu hətta sabah belə çıxarmağa hazırdır. Parlamentin "Hayastan" fraksiyasının üzvü Kristine Vardanyanın sözlərinə görə, Paşinyan tərəfindən Avropa forumlarında Rusiya ilə bağlı təhdidlər səsləndirilir, Moskva isə iki ölkə arasındakı dostluq münasibətlərini vurğulayır: "Rusiya bizə qarşı "hibrid müharibə" aparır, yoxsa Rusiya ilə ən dost münasibətlərimiz var? Rusiya təhdiddir, yoxsa dost? Bəlkə də nəhayət bunu anlamısınız? Brüsseldə təhlükə, Moskvada isə dostluqdan danışmaq olmaz, bu işə yaramır". Digər müxalif parlament üzvü Sevak Xaçatryan bildirib ki, Avropa Ermənistanla yalnız Rusiya ilə qarşıdurma kontekstində maraqlanır: “Bu insanlar başa düşə bilmirlər ki, Avropa, Avropa dövlətləri bizə yalnız Rusiyaya zərər verə biləcəyimiz və ya ondan tamamilə ayrıla biləcəyimiz qədər ehtiyac duyurlar. Əks halda, Aİ-nin bizimlə heç bir marağı yoxdur. Onlar başqa bir Ukrayna istəyirlər. Niyə onların tələblərinə boyun əyirik?”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ