Yunanıstanın 2021-ci ildən üzərində çalışdığı, 19-cu əsrin əvvəllərində Britaniyaya aparılmış qədim heykəllərin vətənə qaytarılması istiqamətindəki növbəti cəhdi yenə uğursuz olub.
Hələ o zaman Britaniya Muzeyi ilə danışıqlar bərpa olunsa da, məlum olub ki, irəliləyişin olmaması səbəbindən yaranan narazılıq fonunda danışıqlar faktiki olaraq dayandırılıb. Çıxılmaz vəziyyətin uzunmüddətli icarənin Yunanıstan üçün məqbul olub-olmaması ilə bağlı fikir ayrılığından irəli gəldiyi bildirilir. Britaniya Muzeyi israr edir ki, mərmərləri yalnız müvəqqəti istifadəyə verə bilər, çünki obyektlərə mülkiyyət hüququnun üçüncü tərəflərə ötürülməsi qanunla qadağandır. Yunanıstan isə özünü mərmərlərin qanuni sahibi hesab edir və onların daimi olaraq geri qaytarılmasını tələb edir. Bu üzdən saziş, Böyük Britaniyanın keçmiş maliyyə naziri və Britaniya Muzeyinin sədri Corc Osbornun "razılaşma mümkündür" bəyanatlarına baxmayaraq, baş tutmayıb.
Belə ki, icarə müqaviləsi Yunanıstandan Partenon sənət əsərlərinin qanuni sahibinin muzey olduğunu qəbul etməyi tələb edir. Yunanıstan hökuməti isə əsərlərin 7-ci Elgin qrafı Tomas Brus tərəfindən oğurlandığını iddia edir.
SAMİRƏ