Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelinə diqqətçəkən bir hədiyyə edib.
"Amerikanın İran xalqına yardımı" adlanan bu kitabda, məlumata görə, ABŞ-ın hücumları nəticəsində zərər görmüş mülki obyektlərin fotoşəkilləri yer alıb. İran mənbələrinə görə, Pezeşkianın Parmelinə hədiyyə etdiyi kitab "Amerikanın İran xalqına yardımı" adlanır. Qeyd olunub ki, bu ad İran rəhbərliyinin ABŞ-ın hücumlarına dair tənqidi mövqeyini əks etdirən ironik bir ifadə kimi seçilib. İran mətbuatındakı məlumatlara əsasən, kitabda təkcə hərbi hücumlar deyil, həm də ABŞ-ın tətbiq etdiyi sanksiyalar, eləcə də iranlı alim və komandirlərin öldürülməsi ilə bağlı məzmun və görüntülər yer alıb. Pezeşkianın kitab təqdimatı onun BMT Baş Assambleyasındakı çıxışından sonra baş tutub. Çıxışı zamanı Pezeşkian hücumlar nəticəsində həyatını itirən uşaqların fotoşəkillərini nümayiş etdirərək İranın verdiyi itkilərə diqqət çəkib. İtaliyanın ANSA xəbər agentliyi bildirib ki, Pezeşkianın çıxışı zamanı ABŞ nümayəndə heyəti zalı tərk edib.
SAMİRƏ